ABŞ-nin Massaçusets Rayon Məhkəməsi xarici jurnalistlər, tələbələr və mübadilə proqramlarının iştirakçıları üçün nəzərdə tutulan yeni viza qaydalarının tətbiqini məhkəmə prosesi başa çatana qədər dayandırıb.
Yeniera.az xəbər verir ki, bu barədə TASS-ın nəzərdən keçirdiyi məhkəmə qərarında qeyd olunub.
İddiaçı tərəf təxminən 600 kollec və universiteti təmsil edən qeyri-kommersiya təşkilatı – Ali Təhsil və İmmiqrasiya üzrə Prezidentlər Alyansıdır. Cavabdeh qismində isə ABŞ Daxili Təhlükəsizlik Departamenti çıxış edir.
Hakim Dennis Seylor qərarında bildirib ki, iddiaçıların vəsatəti son qərarın qüvvəyə minmə tarixinin təxirə salınması şərtilə təmin edilir.
Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti iyul ayında xarici jurnalistlər, tələbələr və mübadilə proqramı iştirakçıları üçün viza prosedurlarına yenidən baxıldığını açıqlamışdı. Yeni qaydalara əsasən, onların ölkədə qalma müddətinin maksimum 240 günlə məhdudlaşdırılması nəzərdə tutulurdu.
Çin vətəndaşları üçün isə bu müddətin 90 günə endirilməsi planlaşdırılırdı.///Ajans.az

