Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandı
  • Xırdalan-Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? – Açıqlama
  • 169 nəfər müsabiqədənkənar tələbə oldu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İdman»“Adnan Əhmədzadənin adamları “Kəpəz”in büdcəsini öz maraqlarına uyğun xərcləyiblər”

“Adnan Əhmədzadənin adamları “Kəpəz”in büdcəsini öz maraqlarına uyğun xərcləyiblər”

İdman Ariz Əhədov23.02.2026 - 12:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Milli Məclisin Gəncədən seçilmiş deputatı Müşfiq Cəfərov “Kəpəz”in hazırkı durumu ilə bağlı yazı paylaşıb.

YENİERA.az xəbər verir ki, Cəfərov klubun hazırkı rəhbərliyinə ittihamlar səsləndirib.

“Kəpəz” Peşəkar Futbol Klubunun inkişafı üçün Gəncədə dövlətimiz və dövlət başçımız tərəfindən həyata keçirilən, demək olar ki, bütün infrastruktur layihələri yekunlaşıb. Bir tək əsas stadionun ot örtüyü qalıb ki, o da yaxın zamanlarda tamamlanacaq və komanda öz oyunlarını doğma şəhərində keçirəcək. Bu, işin bir tərəfi!

Gəldik “Kəpəz”in sponsor məsələsinə. 1 il öncə klubun İdarə Heyəti olaraq sponsor axtarışında idik. Adil Vəliyev adlı şəxsdən təklif gəldi. Düzü, tanıdığım birisi deyildi, dedilər Adnan Əhmədzadənin (o zaman dövlətə qarşı iqtisadi xəyanətdə ittiham edilib DTX tərəfindən həbs olunmamışdı) işlərini aparır. Əhmədzadənin o zaman “Mingəçevir” Futbol Klubunu himayəçiliyinə götürmək niyyəti var idi. Vəliyevlə “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri bir neçə dəfə görüş keçirdi. İdarə Heyətinin hər bir üzvünü inandırdı ki, klub üçün hər şey daha yaxşı olacaq. Bizim istəyimiz isə o idi ki, nə olursa olsun, bir tək “Kəpəz” irəli getsin. Futbolda sponsor yoxdursa, klubun liqada qalma şansı belə azdır. Nəzərə alsaq ki, Gəncə şəhər stadionunda “Kəpəz” üçün dövlət elə bir şərait yaradıb ki, açığı, heç ölkənin aparıcı klubu olan “Qarabağ”da bu şərait yoxdur.

Necə deyərlər, biz “hə” dedik! Klubun rəhbərliyi dəyişdirildi, kölgəyə çəkilən Adil Vəliyev sanki əvvəlcədən hadisələri planlayırmış kimi, nüfuzlu iş adamı Namiq Qədirovu irəli verib onun sədr olmasını istədi. Namiq müəllim ilk gündən xoş təəssürat yaratdığından onun kluba daha çox kömək edə biləcəyinə inandıq. Amma Qədirovun “Kəpəz”də qalması çox çəkmədi. Vəliyevin ən yaxın adamları, qohumu Erkin İbrahimov və dostu Fərman Əlizadə Namiq müəllimi plan qurub klubdan uzaqlaşdırdılar.

Bununla bitmədi. Kluba ən çətin günlərində dəstək olmuş, hec vaxt “Kəpəz”i yarıyolda buraxmayan insanların da komandadan çıxarılması prosesinə start verildi. İllərlə Gəncə təmsilçisinə xidmət edənlər bir-bir yola salındı. Klub idarəçilikdən zəiflədildi. Son nəticədə Adil Vəliyev özü sədr olub klubu tək idarə etməyə başladı.

Hazırda onun özü də “Kəpəz”dən çox-çox kənardadır, kluba diqqət, maliyyə ayırmır, özünün ən etbarlı silahdaşı “Agrosport”un rəhbəri Fərman Əlizadə ötən mövsümdə klubla əməkdaşlıqda 3 meydançanın xidmət ödənişini 12 000 manata etdiyi halda necə olur ki, indi 2 meydançanın xidməti 24 000 min manat olur? Buradan belə nəticə formalaşır: Erkin İbrahimov – Fərman Əlizadə cütlüyü klubu bərbad şəkildə idarə etməklə büdcəni öz maraqlarına uyğun formada xərcləyiblər. Buna da idarəçilik demək mümkündürsə…

Nəticələr, hər gün klubda baş verən olaylar, kənardan idarə edilən bərbad, sahibsiz “Kəpəz” mətbuatın, ictimaiyyətin müzakirə mövzusudur…”

Bənzər Xəbərlər

24.08.2026 - 20:25Gülnar Əliyeva

Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı

24.08.2026 - 20:10Gülnar Əliyeva

Xırdalan-Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? - Açıqlama

24.08.2026 - 19:50Gülnar Əliyeva

169 nəfər müsabiqədənkənar tələbə oldu

24.08.2026 - 19:35Gülnar Əliyeva

Bakının bəzi ərazilərində 1 gün su olmayacaq

24.08.2026 - 19:25Gülnar Əliyeva

Həmin şəxs Rusiyadan tutularaq Bakıya gətirildi

24.08.2026 - 19:00Gülnar Əliyeva

“iPhone 18 Pro” seriyası bu rənglərlə satışa çıxacaq

24.08.2026 - 18:36Gülnar Əliyeva

Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı

24.08.2026 - 18:30Gülnar Əliyeva

İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi

24.08.2026 - 18:12Gülnar Əliyeva

Dövlət Komitəsində struktur və kadr dəyişiklikləri oldu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 880

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 974

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 929

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 746
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.