Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
  • Övladları ilə birgə batan polis şəhid övladı imiş – FOTO
  • Qəzada ölən Amal narkotikə görə tutulubmuş – Fotolar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»“Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”

“Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”

Siyasət Gülnar Əliyeva04.07.2026 - 10:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur”.

Yeniera.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa göndərdiyi təbrik məktubunda yer alıb.

“Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı.

Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim”, – təbrik məktubunda deyilir.

Bənzər Xəbərlər

04.07.2026 - 14:10Gülnar Əliyeva

Azərbaycanda zəlzələ olub

04.07.2026 - 10:32Gülnar Əliyeva

İlham Əliyevdən Trampa məktub

03.07.2026 - 21:58Gülnar Əliyeva

Hərbi Prokurorluğun bəzi səlahiyyətləri LƏĞV EDİLDİ

03.07.2026 - 14:45Gülnar Əliyeva

Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video - Yenilənib

03.07.2026 - 12:30Gülnar Əliyeva

İlham Əliyev Fərman İmzaladı

03.07.2026 - 12:17Gülnar Əliyeva

Prezident nazirə general-leytenant rütbəsi verdi

03.07.2026 - 11:42Gülnar Əliyeva

Əliyev Lukaşenkonu təbrik etdi

02.07.2026 - 21:47Gülnar Əliyeva

Pezeşkian elan etdi – Biz ona tabeyik

02.07.2026 - 21:30Gülnar Əliyeva

Xameneinin dəfnində Azərbaycandan bu şəxslər iştirak edəcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 857

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 270

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 384

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 081
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.