Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Azərbaycanda yeni qiymətləndirmə standartları və metodologiyasının əsas mərkəzi AQC-dir”
  • Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
  • ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Arzum” bu halda yenidən həbs ediləcək – DETALLAR

“Arzum” bu halda yenidən həbs ediləcək - DETALLAR

Cəmiyyət Gülnar Əliyeva23.07.2026 - 16:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Arzum 9999” ləqəbli bloger İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Məhkəmə təqsirləndirilən şəxsin 4 azyaşlı övladının olmasını, onlardan birinin ağır autizmdən əziyyət çəkməsini nəzərə alaraq həbs qətimkan tədbirini dəyişib. Qərara əsasən, İ.Hacıyevaya ev dustaqlığı müddətində sosial şəbəkələrdən istifadə qadağan olunub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək.

Bəs ev dustaqlığında sosial şəbəkələrə qadağa necə tətbiq olunur və bunun icrasına kim nəzarət edir? Təqsirləndirilən şəxs hansı konkret məhdudiyyətlərlə üzləşir?

Mövzu ilə bağlı “Bakupost”a danışan vəkil Vamiq Şükürov bildirib ki, bu məsələlər Cinayət-Prosessual Məcəllənin 163-cü maddəsi ilə tənzimlənir. Onun sözlərinə görə, ev dustaqlığı həbsə alternativ qətimkan tədbiridir və şəxsin cəmiyyətdən tam təcrid olunmadan azadlığına müəyyən məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur:

BakuPost
“Məhkəmə tərəfindən tətbiq olunan əsas vəzifələr bunlardır: yaşayış yerini tam və ya günün müəyyən saatlarında tərk etməmək, elektron nəzarət vasitəsi (bilərzik) daşımaq və onu işlək saxlamaq, məhkəmənin göstərdiyi ərazi hüdudlarından kənara çıxmamaq, məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməmək”.

Onun sözlərinə görə, məhkəmə əlavə məhdudiyyətlər də tətbiq edə bilər:

“Bura kütləvi tədbirlər təşkil etməmək və ya onlarda iştirak etməmək, müəyyən yerlərə getməmək, müəyyən şəxslərlə ünsiyyət saxlamamaq, zərurət olarsa, müalicə kursu keçmək kimi tələblər daxildir.

Sosial şəbəkələrdən istifadə qadağası ayrıca vəzifə deyil. Qanunvericilikdə 163.3-1.5-ci maddədə açıq siyahı göstərilib və burada “təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr” ifadəsi yer alır. Sosial şəbəkə qadağası da məhz bu bənddən irəli gəlir. Qismən də 163.3-1.4-dən, yəni müəyyən şəxslərlə ünsiyyət qadağasından. Ona görə də qadağanın konkret həcmi – nələrin məhdudlaşdırıldığı və hansı istisnaların saxlandığı bilavasitə məhkəmə qərarında yazılır. Bu halda isə görürük ki, telefon əlaqəsinə yalnız ailə üzvləri ilə icazə verilib”.

V.Şükürov vurğulayıb ki, ev dustaqlığında olan şəxsin qaydalara riayət etməsinə daxili işlər orqanları nəzarət edir:

“Vəzifələrə əməl olunmadığına dair əsaslı şübhə yarandıqda, prokurorun qərarı əsasında müvafiq əməkdaş yaşayış yerinə daxil olaraq yerində yoxlama apara bilər”.

Vəkil əlavə edib ki, Cinayət-Prosessual Məcəllənin 163.9-cu maddəsinə əsasən, ev dustaqlığının tələbləri pozularsa, şəxs barəsində yenidən həbs qətimkan tədbiri seçilir:

“Şərtləri pozan şəxsin tutulması barədə qərar çıxarılır və məhkəməyə həbs təqdimatı göndərilir. Tutulma 48 saatdan artıq davam edə bilməz. Belə ki, həmin maddəyə əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs həmin qətimkan tədbirinin şərtlərini pozduğu və bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onun barəsində həbs qətimkan tədbiri seçilir”.

Bənzər Xəbərlər

29.07.2026 - 11:59Gülnar Əliyeva

“Azərbaycanda yeni qiymətləndirmə standartları və metodologiyasının əsas mərkəzi AQC-dir”

29.07.2026 - 11:43Gülnar Əliyeva

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

29.07.2026 - 11:30Gülnar Əliyeva

ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu

29.07.2026 - 11:16Gülnar Əliyeva

Keçid ballarında dəyişiklik olacaq? - AÇIQLAMA

29.07.2026 - 11:03Gülnar Əliyeva

Famil Lətifov yaşadığı evdə ÖLDÜRÜLDÜ

29.07.2026 - 10:50Gülnar Əliyeva

Qarşıdakı 10 gün bu bürclər üçün mühüm olacaq 

29.07.2026 - 10:38Gülnar Əliyeva

Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı

29.07.2026 - 10:25Gülnar Əliyeva

Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardı - Görüntülər

29.07.2026 - 10:12Gülnar Əliyeva

Vüsal Nəsirli Prezidentin işdən çıxardığı sədr müavininə yeni vəzifə verdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 286

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 568

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 592

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 464
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.