Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Hava kəskin dəyişəcək – bu tarixdə…
  • Pay torpaqları əhalidən alınmayacaq – “Narahatlıqların heç bir əsası yoxdur”
  • Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq – Nə baş verir?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi – AZAL təyyarəsi vurulub

Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - AZAL təyyarəsi vurulub

Gündəm Yeni Era26.12.2025 - 12:02
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan tərəfi AZAL-a məxsus hava gəmisinin qəzasının ildönümü ilə bağlı Qazaxıstan tərəfinin nəşr etdiyi aralıq bəyanat ilə əlaqədar məlumat yayıb.

Yeniera.az Azərtac-a istinadən xəbər verir ki, məlumatda “Embraer 190-100 IGW” tipli sərnişin təyyarəsinin qəzası ilə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsi əsasında araşdırmanın davam etidirildiyi bildirilib. Qeyd olunub ki, araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Bu araşdırmadan əlavə, üç ölkənin (Azərbaycan, Qazaxıstan və Rusiya) istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir.

ICAO tələblərinə uyğun olaraq, Qazaxıstan bu il fevralın 4-də ilkin hesabat nəşr edib. İlkin hesabat yalnız aşkar edilmiş faktları özündə əks etdirib və hər hansı təhlil, habelə nəticələri ehtiva etməyib.

Çikaqo Konvensiyası çərçivəsində həyata keçirilən araşdırmanın nəticələrini özündə ehtiva etməli olan yekun hesabatın tamamlanması qəzanın ildönümü tarixinə mümkün olmayıb. Məhz buna görə Qazaxıstan ICAO-nun tələblərinə uyğun olaraq aralıq bəyanatı ictimaiyyətə təqdim edib.

Aralıq bəyanat sənədində daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi faktı vurğulanıb. Habelə hava gəmisinə zərər vurmuş partlayıcı qurğunun hissəcikləri olan kənar metal obyektlərin silah sisteminə aid olması ilə bağlı məlumat qeyd olunub. Bununla belə həmin silah sisteminin modeli barəsində məlumat aralıq bəyanat mətnində qeyd edilməyib. Xatırladaq ki, həmin silah sisteminin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olması həmin ölkənin Prezidentinin siyasi bəyanatında artıq qeyd olunub.

Qeyd edək ki, növbəti mərhələdə Qazaxıstan tərəfi tamamlanmış araşdırmanın nəticələrini özündə əks etdirən yekun hesabat mətnini ictimaiyyətə təqdim etməlidir. Aralıq bəyanat sənədindən fərqli olaraq yekun hesabat sənədi daha təfərrüatlı, işin araşdırılması ilə bağlı aşkar olunmuş bütün faktiki məlumatları, qəzanın səbəbinin təhlilini və gələcəkdə bənzər qəzalara yol verilməməsi üçün tövsiyələri özündə əks etdirməlidir.

Bənzər Xəbərlər

12.06.2026 - 23:10Ariz Əhədov

Pay torpaqları əhalidən alınmayacaq - "Narahatlıqların heç bir əsası yoxdur"

12.06.2026 - 22:40Ariz Əhədov

Bakıda DƏHŞƏT - Bu mərkəzdə kişilərə işgəncə verilirmiş - ŞOK FAKTLAR

12.06.2026 - 22:00Ariz Əhədov

Naxçıvana uçan təyyarələr Bakıya GERİ QAYITDI

12.06.2026 - 18:35Ariz Əhədov

Netanyahu İlham Əliyevi təbrik etdi

12.06.2026 - 18:31Ariz Əhədov

Prezident fərman imzaladı

12.06.2026 - 16:44Ariz Əhədov

Qəbələdəki zəlzələ ilə bağlı icra başçısından AÇIQLAMA

12.06.2026 - 16:11Ariz Əhədov

Vüsal Aslanovun müşaviri rəhbər təyin edildi - FOTO

12.06.2026 - 15:55Ariz Əhədov

Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı - Əsgərləri qırğına belə göndərib

12.06.2026 - 15:45Ariz Əhədov

Prezidentin köməkçisindən icra başçılarına çağırış

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 753

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 343

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 057

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 290
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.