Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Əhaliyə MÜHÜM XƏBƏR: Bu mənzillərlə bağlı güzəştlər edilə bilər
  • TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır
  • Xocalı qatili həbs edildi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezidentin köməkçisindən icra başçılarına çağırış

Prezidentin köməkçisindən icra başçılarına çağırış

Siyasət Ariz Əhədov12.06.2026 - 15:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Aqrar sahədə məhsuldarlığın yüksəldilməsi, suvarma və enerji təchizatının təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi yalnız bütün icraçı strukturların əlaqəli şəkildə işləməsi sayəsində reallaşa bilər.

Yeniera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr edilmiş regional müşavirədə bildirib.

“Müasir suvarma texnologiyalarının tətbiqi, təsərrüfatdaxili suvarma infrastrukturunun təkmilləşdirilməsi, mövcud kanalların təmizlənməsi, eləcə də su istifadəsi sahəsində maarifləndirmə fəaliyyətinin gücləndirilməsi xüsusi önəm daşıyır”, – Z.Nağdəliyev qeyd edib.

Azərbaycanda şirkət rəhbərləri həbs edildi
Onun fikrincə, su və torpaq ehtiyatlarından effektiv istifadə dövlət proqramının başlıca prioritetləri sırasındadır:

“Bu gün müşavirədə iştirak edən icra hakimiyyəti rəhbərləri, sahibkarlar və iri fermer təsərrüfatlarının təmsilçiləri dövlət proqramından doğan aşağıdakı tapşırıqların yerinə yetirilməsinə xüsusi diqqət göstərməlidirlər.

Mən xüsusilə icra hakimiyyəti başçılarına müraciət edərək demək istəyirəm ki, hörmətli həmkarlar, dövlət proqramı əsasında aidiyyəti qurumların nümayəndələri ilə birgə aqrar sektorda əsas istiqamətlər üzrə hədəfləri, hədəf göstəricilərini və nəticə indikatorlarını təyin edərək, hər bir rayonun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişaf proqramının işlənib hazırlanmasını təmin etməlisiniz. Bu, 2026-2030-cu illər üçün dövlət proqramının əsasında olmalıdır, eyni zamanda dövlət proqramı sizin inkişaf və perspektiv planlarınızın bazasını formalaşdırmalıdır”.
Z.Nağdəliyev həmçinin vurğulayıb ki, yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin, silo və soyuducu anbar təsisatlarının qurulması, müasir suvarma sistemlərinin geniş miqyasda tətbiqi, kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusilə pambıqçılıq və taxılçılıq sahələrində məhsuldarlığın yüksəldilməsi ilə bağlı nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün bütün zəruri addımlar atılmalıdır:

“İlk növbədə bunlar sizin həmin perspektiv planlarınızda əks olunmalıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, dövlət proqramının icrası ilə əlaqədar təşkilati işlərin aparılmasında əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu struktura daxil olan bütün təsisatların, yəni mərkəzi icra hakimiyyətlərinin yerlərdəki bütün qurumlarının fəaliyyətini koordinasiya etmək öhdəliyi ilə sizin üzərinizə düşən ən mühüm vəzifədir”.

Bənzər Xəbərlər

12.06.2026 - 15:55Ariz Əhədov

Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı - Əsgərləri qırğına belə göndərib

12.06.2026 - 15:29Ariz Əhədov

Azərbaycanda zəlzələ OLDU

12.06.2026 - 12:25Ariz Əhədov

Prezident həmkarını təbrik etdi

12.06.2026 - 11:25Ariz Əhədov

İlham Əliyev Putini təbrik etdi 

12.06.2026 - 11:08Ariz Əhədov

MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı

12.06.2026 - 10:50Ariz Əhədov

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

12.06.2026 - 10:25Ariz Əhədov

Prezidentin Sərəncamının icrasına BAŞLANILDI

12.06.2026 - 09:30Ariz Əhədov

Azərbaycan XİN Rusiyanı təbrik etdi

11.06.2026 - 22:12Ariz Əhədov

Gömrük komitəsində əməliyyat: Həbslər var

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 752

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 341

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 057

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 290
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.