Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Siyasət

Azərbaycan və İtaliya hərbi mütəxəssisləri arasında ekspert görüşü keçirilib

Azərbaycan və İtaliya hərbi mütəxəssisləri arasında ekspert görüşü keçirilib

“Azərbaycan Müdafiə Nazirliyi ilə İtaliyanın Baş Qərargahı arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı”na əsasən, “Dağlıq ərazidə köməksiz qalmış şəxslərin axtarış və xilasedilməsi üzrə” ekspert görüşü keçirilib.

Bu barədə Yeniera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İtaliyanın Çerviya şəhərində yerləşən 15-ci Stormo axtarış və xilasetmə bazasında keçirilən görüşdə bazanın rəhbər heyəti və Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) paraşüt-desant və axtarış xilasetmə üzrə hərbi qulluqçuları iştirak ediblər.

Görüş zamanı iki ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Paylaş: