Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9037 ▼0.0111
  • 100 RUB 2.0840 ▲0.0058
  • GBP 2.2834 ▼0.0101
  • TRY 0.0339 ▼0.0001
  • CNY 0.2549
  • GEL 0.6561 ▲0.0007
  • 100 KZT 0.3768 ▲0.0011
  • UAH 0.0375 ▲0.0002
  • AED 0.4628
İqtisadiyyat

Azərbaycanın neft kəmərlərinin fəaliyyətindən gəlirləri açıqlanıb

Azərbaycanın neft kəmərlərinin fəaliyyətindən gəlirləri açıqlanıb

Azərbaycan bu ilin yanvar-iyun aylarında magistral neft kəmərlərinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin fəaliyyətindən 523,48 milyon manat gəlir əldə edib.

Dövlət Statistika Komitəsindən Yeniera.az-a verilən məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır.

Statistik məlumatlara görə, hesabat dövründə magistral neft kəmərləri şəbəkəsində itkilər 4,5 % artaraq ötən ilin eyni dövründə qeydə alınmış 2,2 min tona qarşı 2,3 min ton təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 18,513 milyon ton neft nəql edilib, bu isə 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 3,8 % azdır. Nəqlin təxminən 75,2 %-i Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə həyata keçirilib.

Paylaş: