Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9037 ▼0.0111
  • 100 RUB 2.0840 ▲0.0058
  • GBP 2.2834 ▼0.0101
  • TRY 0.0339 ▼0.0001
  • CNY 0.2549
  • GEL 0.6561 ▲0.0007
  • 100 KZT 0.3768 ▲0.0011
  • UAH 0.0375 ▲0.0002
  • AED 0.4628
İqtisadiyyat

Azərbaycanın qaz kəmərlərinin fəaliyyətindən gəlirləri məlum olub

Azərbaycanın qaz kəmərlərinin fəaliyyətindən gəlirləri məlum olub

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) fəaliyyətindən əldə olunan gəlirləri 1 milyard 359 milyon 156,6 min manat təşkil edib.

Bu barədə Yeniera.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 0,05 % azalıb.

Hesabat dövründə magistral qaz kəmərlərində qeydə alınan itkilər 7,1 % artaraq 25,5 milyon kubmetr təşkil edib.

Bildirildiyi kimi, hesabat dövründə magistral qaz kəmərləri ilə 20 milyard 260,5 milyon kubmetr qaz (1,4 % az) nəql edilib. Eyni zamanda, nəql olunan ümumi həcmin 55,45 %-i Cənubi Qafqaz Boru Kəmərinin payına düşüb.

Paylaş: