Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 13 il əvvəl törədilmiş qətlin şübhəlisi saxlanıldı
  • ŞAD XƏBƏR: Bu şəxslərin əməkhaqqısı artırılıb
  • Prezident SƏRƏNCAM İMZALADI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»AZAL Aktöbəyə ilk uçuşunu həyata keçirdi – Fotolar

AZAL Aktöbəyə ilk uçuşunu həyata keçirdi - Fotolar

Cəmiyyət Gülnar Əliyeva17.09.2026 - 15:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (QSC) AZAL Qazaxıstanın Aktöbə şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib.

Yeniera.az xəbər verir ki, yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb.

Bakı-Aktöbə-Bakı istiqamətində müntəzəm reyslər həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetirilir. Birbaşa uçuşlar iki ölkə arasında işgüzar əlaqələrin və turizm mübadiləsinin inkişafına, eləcə də qarşılıqlı səfərlərin daha rahat təşkilinə imkan yaradır.

Qazaxıstanın qərbində yerləşən Aktöbə ölkənin mühüm sənaye və iqtisadi mərkəzlərindən biridir. Zəngin tarixi-mədəni irsi ilə seçilən region, eyni zamanda özünəməxsus təbiət abidələri ilə də diqqət çəkir. Aktöbə vilayətində məşhur Aktolağay tabaşir dağları, Barxın qumları, Qarğalı su anbarı, eləcə də çoxsaylı tarixi və müqəddəs məkanlar yerləşir. Bu istiqamət həm işgüzar səfərlər edən, həm də Qazaxıstanın qərb bölgəsinin mədəniyyəti, tarixi və təbiəti ilə yaxından tanış olmaq istəyən sərnişinlər üçün əlverişli seçimdir.

Cari ildə Şımkent və Atıraunun ardınca Aktöbəyə uçuşların başlanması milli aviadaşıyıcının Mərkəzi Asiyada marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər, həmçinin Qazaxıstandan səyahət edən sərnişinlərə Bakı üzərindən aviaşirkətin digər beynəlxalq istiqamətlərinə çıxış imkanı da təqdim edir.

Aviabiletləri AZAL-ın rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış ofisləri və akkreditə olunmuş agentlikləri vasitəsilə əldə etmək mümkündür.



Bənzər Xəbərlər

17.09.2026 - 16:25Gülnar Əliyeva

ŞAD XƏBƏR: Bu şəxslərin əməkhaqqısı artırılıb

17.09.2026 - 16:13Gülnar Əliyeva

Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz

17.09.2026 - 16:00Gülnar Əliyeva

Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - Fotolar

17.09.2026 - 15:45Gülnar Əliyeva

ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - Foto

17.09.2026 - 15:32Gülnar Əliyeva

Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı

17.09.2026 - 15:10Gülnar Əliyeva

Yeni dələduzluq növü peyda olub – BELƏ ALDADIRLAR - DİN-dən AÇIQLAMA

17.09.2026 - 15:00Gülnar Əliyeva

Sənədsiz evlər rəsmiləşdiriləcək, qanunsuz ərazilərdə tikilənlər söküləcək – AÇIQLAMA

17.09.2026 - 14:50Gülnar Əliyeva

AAYDA-ya məxsus MMC işçilərin maaşını vermir – İddia

17.09.2026 - 14:41Gülnar Əliyeva

Prezident Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak edib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 051

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 089

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 018

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 812
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.