Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanda bu deputatın mandatı LƏĞV EDİLDİ
  • “Yüksəliş”in qalibinə yeni vəzifə verldi
  • Nazir məşhur notariusu cərimələdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»AZAL-dan möhtəşəm yenilik: sərnişinlərə şad xəbər

AZAL-dan möhtəşəm yenilik: sərnişinlərə şad xəbər

Cəmiyyət Gülnar Əliyeva01.10.2026 - 16:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

1 oktyabr 2026-cı il, Bakı — AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil “Airbus A321neo” təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd “Airbus A320neo” və 2 ədəd “Airbus A321neo”) çatıb.

Yeniera.az xəbər verir ki, yeni “Airbus A321neo” təyyarəsi yüksək tələbat olan istiqamətlərdə daşıma imkanlarının genişləndirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verir. Bu tip yeni nəsil təyyarələrin donanmaya ardıcıl daxil edilməsi uçuş proqramının planlaşdırılmasında çevikliyi artırır və sərnişin axınının mövsümi dəyişməsinə uyğunlaşmağa kömək edir.

Yeni təyyarə müasir “Airspace” salon konsepsiyası, bortdaxili əyləncə sistemi və yüksək sürətli “Wi-Fi” xidməti ilə təchiz olunub. Yenilənmiş interyer, geniş əl yükü bölmələri və tənzimlənən işıqlandırma sərnişinlərin rahatlığına xidmət edir. “Airbus A321neo” əvvəlki nəsil modellərlə müqayisədə hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası ilə seçilir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları ilk “Airbus A321neo” təyyarəsini 2026-cı ilin iyul ayında qəbul edib. İkinci “A321neo”nun gəlişi ilə cari ildə donanmaya əlavə olunan yeni təyyarələrin ümumi sayı beşə çatıb. İlin sonunadək bu tipli daha iki hava gəmisinin tədarükü nəzərdə tutulur.

Azərbaycanın milli aviadaşıyıcısı təyyarə tədarükünü uzunmüddətli inkişaf proqramı çərçivəsində ardıcıl şəkildə davam etdirir. Proqramın məqsədi donanmanı genişləndirməklə yanaşı, onun tərkibində müasir hava gəmilərinin payını yüksəltmək və gələcək sərnişin daşımaları üçün dayanıqlı əməliyyat bazası formalaşdırmaqdır.
Bu çərçivədə Azərbaycan Hava Yolları 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı hədəfləyir.

Donanmanın yenilənməsi marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin yüksəldilməsi, sərnişinlərə təqdim olunan xidmətlərin təkmilləşdirilməsi və pilotların peşəkar hazırlığının gücləndirilməsi ilə paralel aparılır.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti

Bənzər Xəbərlər

01.10.2026 - 17:40Gülnar Əliyeva

Azərbaycanda bu deputatın mandatı LƏĞV EDİLDİ

01.10.2026 - 17:28Gülnar Əliyeva

"Yüksəliş"in qalibinə yeni vəzifə verldi

01.10.2026 - 17:05Gülnar Əliyeva

Nazir məşhur notariusu cərimələdi

01.10.2026 - 15:12Gülnar Əliyeva

6 il əvvəl bir fikir idi, bu gün isə böyük bir yolun adıdır — Doğru.az!

01.10.2026 - 13:20Gülnar Əliyeva

Zəngilanda ilk Texnika Festivalı keçirilib - FOTOLAR

01.10.2026 - 13:04Gülnar Əliyeva

“Prior Leasing” şirkətinin dövlət qarşısında vergi borcu 230 min manata yaxınlaşıb

01.10.2026 - 12:46Gülnar Əliyeva

Şadlıq sarayı kütləvi zəhərlənməyə görə məsuliyyəti üzərindən atdı

01.10.2026 - 12:33Gülnar Əliyeva

Bu tarixlərdə ehtiyatlı olun – VACİB XƏBƏRDARLIQ

01.10.2026 - 12:20Gülnar Əliyeva

Azərbaycanda ağır yol qəzası - Ölənlər var

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 228

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 209

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 117

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 865
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.