Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR
  • Azərbaycanda qadınların pensiya yaşı artırılacaq – Gələn həftədən
  • Əliyevlə Berdiməhəmmədov geniş tərkibdə görüşdü – Fotolar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»AZAL sərnişinlərinə ŞAD XƏBƏR

AZAL sərnişinlərinə ŞAD XƏBƏR

Gündəm Ariz Əhədov22.06.2026 - 11:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

22 iyun 2026-cı il, Bakı – AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti “Airbus A320neo” tipli müasir təyyarə ilə gücləndirib.

Yeniera.az xəbər verir ki, yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha rahat və müasir səyahət imkanlarının təqdim olunmasına xidmət edir. Belə ki, “Airspace” kabini daha geniş salon, xüsusi oturacaqlar və böyük əl yükü bölmələri ilə sərnişinlərin rahatlığını artırır. Təyyarə, həmçinin müasir əyləncə sistemi, yüksəksürətli “Wi‑Fi” xidməti və biznes sinfində fərdi monitorlarla təchiz olunub.

“Airbus A320neo” yeni nəsil mühərriklərinə malik olduğundan daha az yanacaq sərf edir, karbon emissiyalarını azaldır və 6300 kilometrədək uçuş məsafəsi ilə regional və orta marşrutlarda səmərəli fəaliyyət göstərir.

Yeni hava gəmisinin donanmaya daxil edilməsi əməliyyat səmərəliliyinin artırılması, yanacaq sərfiyyatının və ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından AZAL üçün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, yeni hava gəmisi AZAL-ın 28 təyyarədən ibarət donanmasında sayca dördüncü “Airbus A320neo” modelidir. Sərnişin təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsini əsas prioritet kimi müəyyən edən AZAL 2032-ci ilədək donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir. Bu, AZAL-ın donanmasının modernləşdirilməsi strategiyası çərçivəsində atdığı növbəti mühüm addım olmaqla yanaşı, Bakı şəhərinin regionun aparıcı hava nəqliyyat qovşaqlarından biri kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti

Bənzər Xəbərlər

22.06.2026 - 11:45Ariz Əhədov

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI -  SENSASİON TƏFƏRRÜATLAR

22.06.2026 - 11:33Ariz Əhədov

Azərbaycanda qadınların pensiya yaşı artırılacaq - Gələn həftədən

22.06.2026 - 10:55Ariz Əhədov

Bu kollecə rəhbər təyinatları oldu - Foto

22.06.2026 - 10:53Ariz Əhədov

Razılaşma mətni Qətər və Pakistan tərəfindən dərc ediləcək

22.06.2026 - 10:50Ariz Əhədov

"Qarabağ"da yenilənmə DAVAM EDİR - O DA GEDİR

22.06.2026 - 10:38Ariz Əhədov

Ağır qəza BAŞ VERDİ- ÖLƏN VƏ YARALANAN VAR

22.06.2026 - 10:25Ariz Əhədov

Bu xanıma yüksək vəzifə verildi

22.06.2026 - 10:13Ariz Əhədov

Müdafiə Nazirliyi məlumat yaydı: Bu gündən...

22.06.2026 - 09:00Ariz Əhədov

III kurs tələbəsi vəfat etdi - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 772

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 193

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 351

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.