Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İsmail Kartal “Fənərbağça”dan istefa verdi
  • Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?
  • İlham Mirzəyev DANIŞDI: “Gücüm yoxdur…”
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Azərbaycan Paris sammitinə niyə dəvət edilməyib?

Azərbaycan Paris sammitinə niyə dəvət edilməyib?

Siyasət Gülnar Əliyeva10.09.2026 - 13:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Makronun Bakıya qarşı növbəti qərəzi…

Fransa prezidenti Emmanuel Makronun sentyabrın 9-10-da Parisdə keçirdiyi Beynəlxalq Kosmik Sammitə Cənubi Qafqazdan Azərbaycanı dəvət etməməsi diqqətdən kənarda qala bilməz. Söhbət yalnız kosmik əməkdaşlıqdan getmir. Belə genişmiqyaslı beynəlxalq tədbirdə regionun əsas dövlətlərindən birinin iştirak etməməsi siyasi suallar doğurur.

Azərbaycanın kosmik sahədə öz peyk proqramları və infrastrukturu var. Buna görə Bakının sammitdən kənarda qalmasını yalnız texniki və təşkilati səbəblərlə izah etmək inandırıcı görünmür. Xüsusilə də Fransa son illərdə Ermənistanla münasibətlərini sürətlə inkişaf etdirir və Cənubi Qafqazda daha fəal siyasi mövqe tutur.

Bu baxımdan Makronun son qərarı Parisin Azərbaycana münasibətində qərəzli yanaşmanın növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Fransa özünü regionda balanslı və ədalətli tərəfdaş kimi təqdim etmək istəyirsə, bu cür addımlar həmin iddianı daha da sual altına salır. Azərbaycan üçün isə əsas məsələ Fransanın hansı tədbirinə dəvət olunub-olunmamaqdan daha böyükdür. Məsələ Parisin Cənubi Qafqazda tərəflərə münasibətdə nə qədər obyektiv davrandığıdır. Makronun siyasəti bu baxımdan Bakıda haqlı olaraq əlavə suallar yaradır.

Picture backgroundSiyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirdi ki, Makronun təşəbbüsü ilə sentyabrın 9-10-da Parisdə keçirilən Beynəlxalq Kosmik Sammit sırf texniki tədbir deyil: “Sammit kosmik sahədə Avropanın strateji muxtariyyətinin gücləndirilməsi və gələcək kosmik siyasətinin formalaşdırılması kimi mühüm siyasi-strateji hədəflərə xidmət edir. Bu baxımdan tədbir Güney Qafqaz üçün də diqqət çəkir. Makronun dəvəti ilə 120-yə yaxın xarici nümayəndə heyətinin qatıldığı sammitdə Ermənistan və Gürcüstanın baş nazirləri iştirak edir, Azərbaycan isə təmsil olunmur. Bunu adi protokol məsələsi saymaq çətindir. Azərbaycanı kosmik fəaliyyəti olmayan dövlət kimi kənarda qoymaq mümkün deyil. Əksinə, Güney Qafqazda kosmik imkanlarına görə Azərbaycan Ermənistan və Gürcüstanla müqayisədə əhəmiyyətli üstünlüyə malikdir.

Azərbaycanın bu sahədə ayrıca institusional qurumu-Azərkosmos, kosmik infrastrukturu, peyk proqramı və beynəlxalq əməkdaşlıq təcrübəsi var. Ölkə 2030-cu ilədək kosmik fəaliyyətin inkişaf perspektivlərini, məqsəd və prioritetlərini müəyyən edən Kosmik Strategiyanı qəbul edib və həyata keçirir. Strategiyanın əsas hədəflərindən biri Azərbaycanın sosial-iqtisadi inkişafını dəstəkləyən dayanıqlı milli kosmik proqramın formalaşdırılmasıdır. BMT-nin 2026-cı il sənədlərində də Azərkosmos Azərbaycanın kosmosla bağlı beynəlxalq qurumlardakı rəsmi nümayəndəsi kimi göstərilir, ölkənin peyk istehsalı istiqamətində fəaliyyətə başladığı qeyd olunur. Başqa sözlə, Azərbaycan artıq kosmik sənayedə müəyyən təcrübə və potensiala malik dövlətdir. Buna görə də belə bir ölkənin qlobal kosmik forumda təmsil olunmaması, Cənubi Qafqazın digər iki dövlətinin hökumət başçılarının isə Parisdə olması haqlı suallar doğurur. Bu suallar Ermənistanın sammitdə təmsilçilik səviyyəsi fonunda daha da aktuallaşır. Nikol Paşinyan təkcə sammitə qatılmayıb, Paris səfəri çərçivəsində Emmanuel Makronla ayrıca görüş də keçirib. Tərəflər digər məsələlərlə yanaşı, Fransa-Ermənistan kosmik əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bütün bunlar Parisin son illərdə Ermənistanla siyasi, hərbi və texnoloji əməkdaşlığı ardıcıl şəkildə dərinləşdirməsi fonunda baş verir”.
Picture background

Siyasi şərhçi onu da xüsusi olaraq vurğuladı ki, sammitə Azərbaycanın dəvət olunmaması özü-özlüyündə izah tələb edən siyasi faktdır: “Bunu sadəcə təşkilati seçim kimi qiymətləndirmək mümkün deyil. Sammitə dəvət və iştirak məsələsinin özünun siyasi məna daşıdığı aydın görünür. 120-yə yaxın xarici nümayəndə heyətinin dəvət edildiyi tədbirdən regionun ən böyük dövləti və real kosmik imkanlara malik Azərbaycanın kənarda saxlanılması Makron administrasiyasının Bakıya münasibətdə siyasi seçimi kimi qiymətləndirilməlidir. Xüsusilə, Ermənistan və Gürcüstan baş nazirlərinin iştirak etdiyi sammitdə Azərbaycanın təmsil olunmamasının siyasi məna daşıdığı aydın görünür. Regionun ən böyük dövləti və real kosmik imkanlara malik Azərbaycanın belə bir platformadan kənarda saxlanılması Makron administrasiyasının Bakıya münasibətdə siyasi qərəzi kimi qəbul edilməlidir. Əslində məsələ Azərbaycanın Parisdə keçirilən bir tədbirdə iştirak edib-etməməsindən daha böyükdür. Prinsipial məsələ Fransanın Güney Qafqaz dövlətlərinə münasibətdə hansı meyarları rəhbər tutmasıdır. Paris son illərdə Ermənistanla siyasi, hərbi və texnoloji əməkdaşlığını genişləndirir, Bakı ilə münasibətlərində isə davamlı gərginlik yaşanır. Buna görə Azərbaycanın Paris sammitində görünməməsini Fransa-Azərbaycan münasibətlərinin ümumi siyasi kontekstindən təcrid etmək çətindir.

Makron administrasiyasının Ermənistanla nümayişkaranə yaxınlaşması fonunda Bakının belə beynəlxalq platformalarda görünməməsi Fransanın Güney Qafqazda obyektiv və balanslı siyasət yürütmək qabiliyyətində olmadığını bir daha təsdiq edir. Bu məsələ Makron administrasiyasının Azərbaycana münasibətdə son illərdə atdığı addımlar kontekstində daha da aktuallaşır. Fransa Güney Qafqazda balanslı siyasət yürütmək iddiasındadırsa, ilk növbədə bu balansı öz davranışında nümayiş etdirməlidir. Ermənistan və Gürcüstanın hökumət başçılarının dəvət olunduğu qlobal platformada Azərbaycanın yoxluğu isə balansdan daha çox qərəzli siyasi seçim təəssüratı yaradır. Makron administrasiyasının son illərdə Bakıya münasibətdə atdığı addımlar fonunda Paris sammiti də həmin siyasətin növbəti epizodu kimi görünür”.

Bənzər Xəbərlər

11.09.2026 - 02:01Gülnar Əliyeva

İsmail Kartal "Fənərbağça"dan istefa verdi

11.09.2026 - 01:59Gülnar Əliyeva

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

11.09.2026 - 01:58Gülnar Əliyeva

İlham Mirzəyev DANIŞDI: "Gücüm yoxdur..."

11.09.2026 - 00:58Gülnar Əliyeva

Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? – Nazirin planı bəlli oldu

10.09.2026 - 23:05Gülnar Əliyeva

“Mançester Yunayted” - “Sabah” - CANLI YAYIM

10.09.2026 - 16:38Gülnar Əliyeva

Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası – SİYAHI

10.09.2026 - 16:25Gülnar Əliyeva

"Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir" - Şeyxin qardaşı

10.09.2026 - 16:00Gülnar Əliyeva

Azərbaycanda bu paylaşımlara görə CƏRİMƏ OLUNACAQSINIZ

10.09.2026 - 15:40Gülnar Əliyeva

9 və 11-ci sinif şagirdlərinin DİQQƏTİNƏ – Buraxılış imtahanları...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 002

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 060

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 987

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 792
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.