Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Regionda hava soyuyur: ilk qar yağacaq – TARİX
  • DSX-nin tanınmış generalı vəfat etdi – FOTO
  • Bu 4 bürcə ŞAD XƏBƏR – Sentyabrın ikinci yarısından…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Azərbaycan toylarında gözlənilməz QAYDA

Azərbaycan toylarında gözlənilməz QAYDA

Cəmiyyət Gülnar Əliyeva17.09.2026 - 09:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Son vaxtlar toylarda təşkil edilən meyxana məclislərində yaşanan insidentlər cəmiyyətdə birmənalı qarşılanmır.
Google

Yeniera.az Globalinfo.az-a istinadən xəbər verir ki, ötən gün meyxanaçı Balaəlinin həmkarı Xosrov Maştağalıya butulka atması ilə bağlı görüntülər meyxana müzakirələrini yenidən qızışdırıb.

Meyxanaçıların deyişməsi zamanı yaranan gərginliyin söz atışmasından əlbəyaxa davaya qədər böyüməsi artıq təkcə həmin məclisdə iştirak edən insanların problemi kimi görünmür. Çünki toyda baş verən belə hadisə çox zaman toy salonunun divarları arasında qalmır. Telefon kameraları işə düşür, görüntülər sosial şəbəkələrə yayılır və bir neçə saat ərzində minlərlə gənc, yeniyetmə həmin səhnənin şahidinə çevrilir.

Meyxananın mahiyyətində sözlə rəqabət, improvizasiya, hazırcavablıq və satira dayanır. Deyişmənin marağı da müəyyən mənada buradan yaranır. Amma sözün sərhədi keçildikdə, rəqabət qarşı tərəfi alçaltmağa, təhqir etməyə və aqressiyaya çevrildikdə artıq söhbət sənət yarışmasından getmir.

Xüsusilə təhqir məzmunlu ifadələrin işlədilməsi bu məsələnin ən problemli tərəflərindən biridir. Meyxanaçı auditoriyanın reaksiyasını qazanmaq üçün daha sərt ifadələrə müraciət etdikcə məclisin atmosferi də dəyişə bilər. Nəticədə bir neçə saniyə əvvəl alqışlanan deyişmə qəfil qarşıdurmaya çevrilir.

Son hadisələrdən sonra Azərbaycan toylarında meyxananın qadağan olunması təkliflərinin səslənməsi təəccüblü deyil. Artıq meyxana sferasında bu barədə müzakirələr gedir. Lakin əsas məsələ meyxananın olub-olmaması yox, necə təşkil olunmasıdır.

Toyda meyxana varsa, onun da bir çərçivəsi olmalıdır.

Bir vaxtlar narkomaniyanı, kriminal aləmi təbliğ edən meyxanalar müəyyən maarifləndirmə və çəkindirmə işlərindən sonra yığışdırıldı.

Mümkündür ki, meyxana məclislərində əndazəni aşan ifadələr da qadağan edilsin – elə toy sahibləri tərəfindən.

Əks halda bu proses toylarda meyxana məclislərinin təşkil edilməsinin ümumiyyətlə qadağan edilməsinə qədər gedib çıxa bilər.

Hər şeydən əvvəl bir gerçəyi deyək: meyxananın taleyini bir butulka müəyyən etməməlidir. Amma bir butulkanın toy məclisində silah kimi peyda olmasına da göz yumub keçmək olmaz.

Bənzər Xəbərlər

18.09.2026 - 12:12Gülnar Əliyeva

Regionda hava soyuyur: ilk qar yağacaq – TARİX

18.09.2026 - 11:38Gülnar Əliyeva

DSX-nin tanınmış generalı vəfat etdi - FOTO

18.09.2026 - 11:25Gülnar Əliyeva

Bu 4 bürcə ŞAD XƏBƏR - Sentyabrın ikinci yarısından...

18.09.2026 - 10:50Gülnar Əliyeva

Zaur Mikayılov onlara yüksək vəzifə verdi

17.09.2026 - 22:13Gülnar Əliyeva

Bu ərazilərdə qaz kəsiləcək

17.09.2026 - 22:11Gülnar Əliyeva

Nazirlər Kabinetindən mühüm qərar: Bakı şəhəri ərazisində...

17.09.2026 - 22:09Gülnar Əliyeva

Ramiz Mehdiyevin xanımı və oğlu ilə bağlı mühüm GƏLİŞMƏ

17.09.2026 - 17:20Gülnar Əliyeva

Prezidentin təltif etdiyi Famil Qasımov KİMDİR? - DOSYE

17.09.2026 - 17:05Gülnar Əliyeva

DSK-lar yenidən formalaşdırılır - Yenilənib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 056

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 094

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 022

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 815
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.