Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb.
Yeniera.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Birləşmiş Ərəb Əmirliklərinə səfərim zamanı dövlət naziri Zati-aliləri Səid bin Mübarək Əl-Hacəri ilə görüşdüm.
Biz strateji tərəfdaşlıq çərçivəsində Azərbaycanla BƏƏ arasında dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirdik və regional, həmçinin beynəlxalq məsələlər ətrafında səmərəli fikir mübadiləsi apardıq.
Regional miqyasda “orta güc” (middle power) statusuna malik dövlətlər kimi, Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə müsbət və konstruktiv rol oynayaraq sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verirlər”, – paylaşımda qeyd edilib.



