Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
Cəmiyyət

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq

Bu ilin geridə qalan iş günlərini təqdim edirik.

Yeniera.az xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək.

Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq.

Noyabr ayında isə daha uzun istirahət günləri olacaq. Belə ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və hər iki tarix iş günü hesab edilmir. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq.

Nəticədə noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.

Dekabr ayında isə beşgünlük iş həftəsi üzrə çalışanlar üçün 9, altıgünlük iş həftəsi üzrə çalışanlar üçün 5 istirahət günü nəzərdə tutulur. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olduğundan həmin tarix iş günü hesab edilmir.

Qeyd edək ki, 2026-cı il üzrə iş və istirahət günlərinin bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi istehsalat təqvimi əsasında müəyyənləşdirilib.(Ajans.az)

Paylaş: