Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası – SİYAHI
  • “Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir” – Şeyxin qardaşı
  • Niyamdan SƏRT SÖZLƏR: “Kanatı qayınına çəkdirdin, camaatın balası öldü”- VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»“Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir” – Şeyxin qardaşı

"Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir" - Şeyxin qardaşı

Gündəm Gülnar Əliyeva10.09.2026 - 16:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İlahiyyatçı Elşad Miri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin özəl təyyarəsinin olduğu ilə bağlı məlumat paylaşıb. O bu barədə, Türkiyənin “Asırlık Gece” sənədli filminin 6-cı hissəsinə istinadla yazıb. O qeyd edib ki, filmin 6-cı hissəsində Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri olan professor Mehmet Görmezin çevriliş günü Şeyxülislamın özəl təyyarəsini göndərmək istəməyindən danışılıb.

Yeniera.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında o, Elşad Miriyə təşəkkür edib:

“Mən Elşad Miriyə çox təşəkkür edirəm ki, belə bir məsələni xalqımıza çatdırır. O bununla, doğrudan da, Azərbaycan və Azərbaycan xalqının Türkiyə xalqının çətin günlərində də arxasında durduğumuzu bir daha xatırladıb. Şeyxülislam həzrətlərinin belə hərəkəti çox qənaətbəxşdir. Elşad Miri də bunu xalqın yadına salıb. Bizim qardaşlıq borcumuzdur ki, hər iki ölkə bir-birinin ərazisində olan problemlərdə bir-birinə dayaq olsun. Həmin dövrdə də qardaş ölkənin bir nümayəndəsi kimi şeyxülislam zəng edib, öz köməyini təklif edib”.

“Azərbaycandan bir başqa ölkə ilə danışanda “bizim” deyəndə Azərbaycan xalqının əmlakından, Azərbaycan xalqının adından danışılır. Azərbaycanda olan təyyarələr, bəli, bizimdir. 50-yə yaxın təyyarəmiz mövcuddur. Ölkə olaraq, çox güclüyük. O danışanda “mən xahiş edərəm”, yaxud “mən təşkil edərəm” deyə bilər. Bunu dəstək kimi deyib”.

C.Paşazadə şeyxülislamın özəl təyyarəsi olduğunu iddiaları qəbul etməyib:

“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər, bu, motosiklet deyil. Əgər varsa, dövlətdən öyrənin. Doğrudan da, Azərbaycan-Türkiyə qardaşlığı burada göstərilir. Hər birimiz imkanımız daxilində dəstəyə hazırıq. Söhbət bundan gedir. Başqa ölkədə tədbir olduqda dövlət şeyxülislam üçün təyyarə ayırır və öz kollektivi ilə lazımi şəkildə tədbirlərdə iştirak edir. Bu, dövlətin ona şəxsi yox, gördüyü işlər üçün yaratdığı şəraitdir. Bunu bütün Azərbaycan bilir” – o sonda vurğulayıb.

Bənzər Xəbərlər

10.09.2026 - 16:38Gülnar Əliyeva

Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası – SİYAHI

10.09.2026 - 16:00Gülnar Əliyeva

Azərbaycanda bu paylaşımlara görə CƏRİMƏ OLUNACAQSINIZ

10.09.2026 - 15:40Gülnar Əliyeva

9 və 11-ci sinif şagirdlərinin DİQQƏTİNƏ – Buraxılış imtahanları...

10.09.2026 - 15:30Gülnar Əliyeva

DVX rəisi bu xanıma yüksək vəzifə verdi - FOTO

10.09.2026 - 15:12Gülnar Əliyeva

Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin edilib

10.09.2026 - 14:48Gülnar Əliyeva

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

10.09.2026 - 14:40Gülnar Əliyeva

Prezidentdən daha bir FƏRMAN

10.09.2026 - 14:34Gülnar Əliyeva

Prezident bu sazişi təsdiq etdi - FƏRMAN

10.09.2026 - 14:03Gülnar Əliyeva

Həbs edilən icra başçısının avtomobilini öz oğlu alıbmış

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 989

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 055

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 982

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 791
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.