Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ramiz Mehdiyevin cinayət işində bu tanınmış şəxslər də var — ADLAR
  • İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər – Video
  • Sabah hava necə olacaq?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR

Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR

Cəmiyyət Gülnar Əliyeva14.09.2026 - 11:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı və istirahət müddəti ilə bağlı yeniliklər tətbiq olunacaq.

Yeniera.az xəbər verir ki, bu, Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna təklif olunan dəyişikliklər layihəsində əksini tapıb.

Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

“Aviasiya haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, uçuş iş vaxtı hava gəmisinin heyət üzvünün bir və ya bir neçə ardıcıl uçuşun həyata keçirilməsi üçün hava limanına gəldiyi vaxtda (hava gəmisinin istismarçısı tərəfindən müəyyən edilən) başlayan və son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər olan müddədir.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdiriləcək:

– istənilən 7 (yeddi) ardıcıl gün ərzində maksimal iş saatı;

– istənilən 14 (on dörd) ardıcıl gün ərzində maksimal iş saatı;

– istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal iş saatı;

– istənilən 1 (bir) təqvim ili ərzində maksimal iş saatı.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:

– istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal uçuş saatı;

– istənilən 1 (bir) təqvim ili ərzində maksimal uçuş saatı;

– istənilən ardıcıl 12 (on iki) təqvim ayı ərzində maksimal uçuş saatı.

Əmək Məcəlləsinə də uyğunlaşdırıcı xarakterli fəyişikliklər təklif olunur.

Qeyd edilib ki, təqdim edilən qanun layihəsi Əmək Məcəlləsinin IV və V bölmələrində müəyyən edilmiş ümumi normaların aviasiya sahəsinə tətbiqini istisna edilməsi və ayrıca maddələr ilə tənzimlənməsi məqsədini daşıyır.

Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib. Məcəllənin 95-97-ci maddələrinə görə cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz. Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşların həyata keçirməsini qeyri-mümkün və ya iqtisadi baxımdan səmərəsiz edərək, onların rəqabət qabiliyyətini zəiflədir. Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub. Layihə ilə Əmək Məcəlləsində nəzərdə tutulan ümumi normalardan istisna olaraq, aviasiya heyətinin iş və istirahət rejimlərinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun şəkildə Nazirlər Kabinetinin qaydaları ilə tənzimlənməsi təklif edilir. Beynəlxalq təcrübədə (məsələn, ABŞ və Avropa İttifaqında) uçuş heyəti üçün iş və istirahət müddətləri 7, 14, 28 ardıcıl gün və ya 1 təqvim ili üzrə daha çevik limitlərlə tənzimlənir.

Qeyd edilib ki, iqtisadi səmərəliliyin artması yerli aviaşirkətlərin beynəlxalq bazarda rəqabət gücünü artıracaq və uçuş xəritəsinin genişləndirilməsinə şərait yaradacaq.

Sənədin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təyyarə üçün kommersiya hava daşımalarını həyata keçirən hava gəmisi heyətinin yorğunluğunun idarəedilməsi ilə əlaqədar uçuş vaxtı, iş vaxtı və istirahət vaxtının tənzimlənməsinə dair qaydaların təsdiq edilməsi gözlənilir.///Ölkə.az

Bənzər Xəbərlər

15.09.2026 - 14:15Gülnar Əliyeva

Ramiz Mehdiyevin cinayət işində bu  tanınmış şəxslər də  var  —   ADLAR

15.09.2026 - 14:03Gülnar Əliyeva

İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

15.09.2026 - 13:50Gülnar Əliyeva

Sabah hava necə olacaq?

15.09.2026 - 13:38Gülnar Əliyeva

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi

15.09.2026 - 13:25Gülnar Əliyeva

Əziz Səncər Prezidentə təşəkkür etdi

15.09.2026 - 13:05Gülnar Əliyeva

Hakan Fidan Ceyhun Bayramovla görüşdü - Fotolar

15.09.2026 - 12:55Gülnar Əliyeva

Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu

15.09.2026 - 12:30Gülnar Əliyeva

Birol Akgün Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etdi - Fotolar

15.09.2026 - 12:18Gülnar Əliyeva

M7 ekspres avtobusunda təhlükəli vəziyyət - VİDEO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 039

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 078

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 006

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 804
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.