Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • BDU tələbəsi Nərmin Məmmədzadədən IV Şuşa Qlobal Media Forumundan müsahibəsi- VİDEO
  • Qazaxıstandakı səfirimiz də geri çağırıldı
  • Tacikistandan geri çağırıldı – Qazaxıstana səfir təyin edildi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Azərbaycanda dəhşətli fakt: Təhlükəli YAĞI ƏHALİYƏ SATMAQ İSTƏDİLƏR

Azərbaycanda dəhşətli fakt: Təhlükəli YAĞI ƏHALİYƏ SATMAQ İSTƏDİLƏR

Gündəm Ariz Əhədov18.02.2026 - 22:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) uyğunsuzluq aşkarlanan palma yağı məhsulunun dövriyyəyə buraxılmasının qarşısını alıb.

YENİERA.az xəbər verir ki, Rusiya Federasiyasının “Пищевые Ингредиенты” adlı istehsalçı müəssisəsinə məxsus palma yağı partiyalarına nəzarət tədbirləri zamanı götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) aşkarlandığından məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu səbəbdən yük partiyası barədə gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.

Eyni zamanda, qarşı tərəf uyğunsuzluq aşkar edilmiş istehsalçı müəssisə barəsində tətbiq edilmiş qadağa ilə bağlı rəsmi qaydada məlumatlandırılıb.

Elmi risk qiymətləndirmələrinə əsasən, bitki yağlarının rafinasiyası zamanı yaranan (3-monoxlorpropan-1,2-diol) emal çirkləndiricisinin uzunmüddətli və normadan artıq miqdarda qəbulu insan sağlamlığına toksiki təsir göstərir.

Həmçinin, qeyd olunub ki, AQTA istehlakçıların sağlamlığının və qida təhlükəsizliyinin təmin edilməsini əsas prioritet kimi müəyyən edir və bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun operativ tədbirlər həyata keçirir.

Bənzər Xəbərlər

28.07.2026 - 14:00Gülnar Əliyeva

Sabah 40° isti olacaq

28.07.2026 - 13:42Gülnar Əliyeva

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

28.07.2026 - 13:30Gülnar Əliyeva

Meyiti öz həyətində tapıldı - Foto

28.07.2026 - 13:15Gülnar Əliyeva

Yanacaq çatışmazlığına görə fövqəladə vəziyyət elan etdilər

28.07.2026 - 13:00Gülnar Əliyeva

Addai Belçika klubuna keçdi

28.07.2026 - 12:45Gülnar Əliyeva

Bu ölkədə hicab və saqqal qadağan edildi

28.07.2026 - 12:45Gülnar Əliyeva

Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı

28.07.2026 - 12:30Gülnar Əliyeva

Sabiq prezident Rusiyada başqa adla yaşayır?

28.07.2026 - 12:16Gülnar Əliyeva

33 yaşlı Orxanın meyiti tapıldı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 256

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 557

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 583

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 456
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.