Lənkəranda “Mercedes Vito” TIR-la toqquşub.
Yeniera.az cənub bürosunun verdiyi xəbərə görə Ələt-Astara magistralnda, yolun 155-ci kilometrliyində qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan 99-SU-026 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı sərnişin avtomobili İran İslam Respublikasına gedən TIR markalı iri tonnajlı yük avtomobilinin arxasına çırpılıb.
Qəza nəticəsində ölən və xəsarət alanların olduğu deyilir. Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əlavə məlumat veriləcək.
Faktla bağlı araşdırma aparılır.

