Azərbaycanda gənc əsgər vəfat edib.
YENİERA.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.
Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib.
O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.



