Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9090 ▲0.0023
  • 100 RUB 2.0290 ▲0.0142
  • GBP 2.2616 ▲0.0102
  • TRY 0.0343 ▼0.0001
  • CNY 0.2541 ▲0.0001
  • GEL 0.6550 ▲0.0004
  • 100 KZT 0.3755 ▼0.0007
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Hadisə

Anar Abbasov Azərbaycana gətirildi – Baş Prokurorluq MƏLUMAT YAYDI

Anar Abbasov Azərbaycana gətirildi – Baş Prokurorluq MƏLUMAT YAYDI

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.

YENİERA.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşı Anar Eldar oğlu Abbasovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaq edilən cinayət işi üzrə Anar Abbasovun təkrar öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.

A.Abbasov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.

Paylaş: