Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Si Cinpin ABŞ-yə üçgünlük səfər edəcək
  • “Mən iki aydır Emin Əmrullayevi tapa bilmirəm” – Deputat
  • Bu əsgərlərə pis xəbər: gec tərxis olunacaqlar – SƏBƏB
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu – Fotolar

Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Fotolar

VİDEO XƏBƏRLƏR Gülnar Əliyeva21.09.2026 - 11:28
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub. 

Yeniera.az xəbər verir ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin fəaliyyəti, ön əməliyyat bazası və qoşun xidmətinin təşkili barədə məruzə edib.

Bildirilib ki, ƏİK bazasında icra olunan tədbirlər NATO-nun müvafiq standartlarına uyğunlaşdırılıb və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətinin təmin edilməsinə yönəldilib.

Bölmənin ərazisində yaradılan şəraitlə tanış olan rəhbər heyət yataqxanaya, idman və atəş şəhərciklərinə, mühəndis, kəşfiyyat və sürücülük hazırlıqları üzrə təlim mərkəzlərinə, eləcə də hərbi texnikaya baxış keçirib.

Sonra nazirliyin rəhbər heyəti cari ilin oktyabr ayında keçirilməsi planlaşdırılan NATO-nun ƏİK Qiymətləndirmə və Rəy proqramı çərçivəsində birincisəviyyəli Özünü Qiymətləndirmə Təliminə hazırlıq üzrə döyüş hazırlığı prosesini izləyib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının, eləcə də maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub, bölmənin ərazisində xatirə ağacları əkilib.





Bənzər Xəbərlər

21.09.2026 - 12:30Gülnar Əliyeva

“Mən iki aydır Emin Əmrullayevi tapa bilmirəm” - Deputat

21.09.2026 - 10:25Gülnar Əliyeva

Bilgəhdə batanlar tələbə imiş - VİDEO

21.09.2026 - 09:40Gülnar Əliyeva

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

20.09.2026 - 23:04Gülnar Əliyeva

Müdafiə Nazirliyi məlumat yaydı - FOTO

20.09.2026 - 11:40Gülnar Əliyeva

4 yaşlı uşağın barmağında dəmir halqa qaldı - Video

20.09.2026 - 00:10Gülnar Əliyeva

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

19.09.2026 - 14:32Gülnar Əliyeva

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - VİDEO

19.09.2026 - 01:53Gülnar Əliyeva

“Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı+Video

19.09.2026 - 01:19Gülnar Əliyeva

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 068

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 102

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 026

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 818
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.