Sentyabrın 1-dən 199 nömrəli marşrut xəttində avtobuslar dəyişdiriləcək.
Yeniera.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut xəttində istismar olunan avtobuslar CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri ilə əvəzlənəcək.
199 nömrəli marşrut üzrə avtobuslar Nərimanov rayonu, Nemət Quliyev küçəsi (Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) – Xırdalan şəhəri (Bakı Mühəndislik Universiteti) istiqamətində hərəkət edəcək.
Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,65 manat təşkil edir.

