Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir – ADLAR
  • Pensiyalarla bağlı deputatdan mühüm xəbər:Yeni təklif nədir?
  • DİQQƏT! 14 sentyabr saat 6:00-dan etibarən…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək

Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək

Siyasət Gülnar Əliyeva09.09.2026 - 11:28
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Noyabrın 19-da Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitunun birgə təşkilatçılığı və Azərbaycan Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər yerli tərəfdaşlar ilə birgə Bakı şəhərində Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans (ICCD 2026) keçiriləcək.

Yeniera.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, konfransın builki əsas mövzusu “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” olacaq.

Texnologiya, geosiyasət və beynəlxalq təhlükəsizlik sahəsində baş verən dəyişikliklərin müzakirəsi üçün yüksək səviyyəli beynəlxalq platforma rolunu oynayan ICCD 2026-da bu sahə üzrə tanınmış beynəlxalq ekspertlər, ölkədə akkreditə olunan səfirlər və diplomatlar, eləcə də aidiyyəti beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Konfrans çərçivəsində süni intellektin beynəlxalq münasibətlər və diplomatiyaya təsiri, kibermüttəfiqliklər və strateji muxtariyyət arasında balans, iri texnologiya şirkətlərinin geosiyasi aktor kimi artan rolu, informasiya müharibəsi və “deepfake” texnologiyalarının yaratdığı təhdidlərə qarşı mübarizə, kiberməkanda etimadın formalaşdırılması və dövlətlərin məsuliyyətli davranışının təşviqi, eləcə də kritik infrastrukturun qorunması və transsərhəd təhlükəsizlik risklərinin idarə olunması kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransın keçirilməsində əsas məqsəd sürətlə dəyişən texnoloji və geosiyasi mühit şəraitində kiberməkanın gələcəyinə dair regional və beynəlxalq baxışların müzakirə edilməsi, habelə dövlətlər, beynəlxalq təşkilatlar, ekspert dairələri və özəl sektor arasında əməkdaşlıq və dialoqun gücləndirilməsinə töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, 2024-cü ildə 30-dan çox ölkədən 120-yə yaxın nümayəndənin iştirakı ilə Kiberdiplomatiya üzrə birinci Beynəlxalq Konfrans ölkəmizdə keçirilib.

Azərbaycanın ənənəvi olaraq belə bir nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkəmizin kiberdiplomatiya sahəsində beynəlxalq əməkdaşlıqda marağını və bu yeni sahənin inkişafı üçün platforma rolunu oynamağa hazır olduğunu nümayiş etdirir.

Bənzər Xəbərlər

13.09.2026 - 19:10Gülnar Əliyeva

Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir - ADLAR

13.09.2026 - 18:46Gülnar Əliyeva

DİQQƏT! 14 sentyabr saat 6:00-dan etibarən...

13.09.2026 - 17:35Gülnar Əliyeva

Milyardlıq sərvəti üzə çıxdı – 90 yaşlı anasının hesabında 750 milyon

13.09.2026 - 17:17Gülnar Əliyeva

Binada yanğın olub, zəhərlənənlər var - FOTO

13.09.2026 - 13:36Gülnar Əliyeva

Ukrayna Rusiyada İES-ləri vurmağa başladı

13.09.2026 - 13:22Gülnar Əliyeva

Moskvadan ÜÇTƏRƏFLİ GÖRÜŞ bəyanatı: Peskov Kuşnerin iddialarına CAVAB VERDİ

13.09.2026 - 13:10Gülnar Əliyeva

Sentyabrın 14-də gözlənilən hava ilə bağlı xəbərdarlıq

13.09.2026 - 13:00Gülnar Əliyeva

Qazla bağlı məhdudiyyət tətbiq edildi – Səbəb nədir? - YENİLƏNİB

13.09.2026 - 12:56Gülnar Əliyeva

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 011

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 063

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 993

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 798
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.