Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Əhdi”nin həbsi ilə bağlı ŞOK DETALLAR – Bu qədər müddətə həbs edilə bilər
  • “Əlaçı” verilişində səhv cavab doğru sayıldı – Video
  • Azərbaycanda gəlin maşını qəzaya düşdü – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bakıda yaşayanlara müraciət:Bu gün axşam saat 9- dan etibarən…

Bakıda yaşayanlara müraciət:Bu gün axşam saat 9- dan etibarən...

Cəmiyyət Gülnar Əliyeva04.09.2026 - 10:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakıda keçiriləcək beynəlxalq səviyyəli “Alufar IRONMAN 70.3 Baku” yarışının təhlükəsiz və mütəşəkkil keçirilməsi məqsədilə, sentyabrın 4-də və 5-də şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə Yeniera.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, məhdudiyyətlər sentyabrın 4-də saat 21:00-dan etibarən mərhələli şəkildə tətbiq ediləcək və sentyabrın 5-də saat 16:00-dək davam edəcək:

“Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun (M2) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu qovşağından, yolun 25-ci kilometrindən başlayaraq əks istiqamətdə hərəkətin təmin edilməsi məqsədilə qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün bir hərəkət zolağı nəzərdə tutulub”.

Qeyd edilib ki, bununla yanaşı, Lökbatan dairəsi istiqamətində bir hərəkət zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılacaq:

“Bakı–Ələt (M3) avtomobil yolunun Lökbatan dairəsi istiqamətində 14-cü kilometrindən şəhər mərkəzinə doğru, “Sheraton Baku Intourist” hotelinin qarşısındakı dairəyədək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Sürücülər alternativ olaraq Bakı–Ələt (M3) avtomobil yolunun Lökbatan–Bayıl istiqamətindən istifadə edə biləcəklər.

Məhdudiyyətlərin tətbiqi yarışdan əvvəlki hazırlıq mərhələsində sentyabrın 4-də saat 21:00-dan sentyabrın 5-də saat 04:59-dək, yarışın keçirildiyi əsas mərhələdə isə saat 05:00-dan 14:30-dək davam edəcək”.

Məlumata əsasən, yarış başa çatdıqdan sonra ərazidə təmizlik və bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlərin 5 sentyabr saat 14:30-dan 16:00-dək davam etdirilməsi nəzərdə tutulur:

“Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”.

Qeyd edək ki, sentyabrın 5-də Bakıda keçiriləcək “Alufar IRONMAN 70.3 Baku” yarışına 62 ölkədən 1 500-dən çox iştirakçının qatılacağı gözlənilir.

Bənzər Xəbərlər

13.09.2026 - 21:30Gülnar Əliyeva

"Əhdi"nin həbsi  ilə bağlı ŞOK DETALLAR - Bu qədər müddətə həbs edilə bilər

13.09.2026 - 21:06Gülnar Əliyeva

“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - Video

13.09.2026 - 21:03Gülnar Əliyeva

Azərbaycanda gəlin maşını qəzaya düşdü - FOTO

13.09.2026 - 21:01Gülnar Əliyeva

Nazirlik Bakıdakı dəbdəbəli toyun sahibi haqda məlumat yaydı

13.09.2026 - 19:10Gülnar Əliyeva

Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir - ADLAR

13.09.2026 - 19:08Gülnar Əliyeva

Pensiyalarla bağlı deputatdan mühüm xəbər:Yeni təklif nədir?

13.09.2026 - 18:46Gülnar Əliyeva

DİQQƏT! 14 sentyabr saat 6:00-dan etibarən...

13.09.2026 - 17:58Gülnar Əliyeva

Elçin Məmmədov vəfat etdi - FOTO

13.09.2026 - 17:35Gülnar Əliyeva

Milyardlıq sərvəti üzə çıxdı – 90 yaşlı anasının hesabında 750 milyon

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 014

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 064

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 993

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 799
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.