Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Gündəm

Bakının bu hissələrində tramvay xətti çəkiləcək

Bakının bu hissələrində tramvay xətti çəkiləcək

Bakıda dörd ilə qədər davam edəcək tramvay xətlərinin tikintisi çərçivəsində bir sıra ərazilərdə yeni stansiyaların tikintisi planlaşdırılır.

YENİERA.az– ın Milli.Az- a istinadən verdiyi məlumata görə , layihə sərnişin və nəqliyyat sıxlığının azaldılmasını hədəfləyir və 2025-2030-cu illər üçün dövlət proqramına daxildir. Birinci mərhələ Mehdiabad – 28 May tramvay xəttinin tikintisini əhatə edir.

Bu xətt birbaşa Bakının şimal kəndlərini şəhər mərkəzi ilə birləşdirəcək. Gələcəkdə Rəsulzadə kəndində dəmir yolu stansiyasının tikintisi də planlaşdırılır.

Quru Nəqliyyatı Agentliyinin mətbuat katibi Tural Orucov qeyd edib ki, tramvay ekoloji cəhətdən təmiz və davamlı nəqliyyat növüdür və ən azı 50 il xidmət müddəti var. Mütəxəssislər hesablayırlar ki, xətt istifadəyə verildikdən sonra bu istiqamətdə gündəlik avtomobil səfərlərinin sayı 20 mindən çox azalacaq.

Paylaş: