Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qəribə hərəkətlər edən sərnişini kresloya bağladılar
  • Paşinyan Moskvaya meydan oxudu – “Aİ-dən imtina etməyəcəyik!”
  • Gəmi qəzasında ölənlərin sayı artdı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Cəmiyyət Gülnar Əliyeva03.09.2026 - 22:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Nərimanov rayonunda şəhərsalma və yenidənqurma layihələri çərçivəsində ilkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulur”.

Yeniera.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.

AQC sədri əlavə edib ki, söküntülərin dəqiq sayı ilə bağlı tam siyahı hazırda açıqlana bilməz:

“Buna səbəb dövlət proqramı çərçivəsində nəzərdə tutulan layihələrin rayonla tam şəkildə paylaşılmamasıdır. Söküntü və yenidənqurma işlərinin əsasən Nazim Hacıyev küçəsi, Montin, Keşlə, Təbriz küçəsi, Ağa Nemətulla küçəsi, Fətəli xan Xoyski prospekti və Mayakovski küçəsi istiqamətində aparılması nəzərdə tutulur.

İlk növbədə texniki vəziyyəti qənaətbəxş olmayan və qəzalı binaların sökülməsi planlaşdırılır. Bununla yanaşı, həmin ərazilərdə abadlıq və yeni tikinti işlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Ağa Nemətulla və Təbriz küçələri, eləcə də metro ətrafında artıq müəyyən yenidənqurma işləri həyata keçirilib. Mövcud layihələrin tamamlanmasından sonra rayonun ayrı-ayrı hissələrinin kompleks şəkildə yenidən qurulması planlaşdırılır.

Rayon üzrə aparılacaq işlər Bakı şəhərinin Baş Planı – 2040 çərçivəsində həyata keçiriləcək. İlkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulsa da, gələcəkdə prosesin digər əraziləri də əhatə etməsi gözlənilir”.

Bənzər Xəbərlər

03.09.2026 - 23:00Gülnar Əliyeva

Qəribə hərəkətlər edən sərnişini kresloya bağladılar

03.09.2026 - 22:38Gülnar Əliyeva

Paşinyan Moskvaya meydan oxudu - “Aİ-dən imtina etməyəcəyik!”

03.09.2026 - 22:35Gülnar Əliyeva

Gəmi qəzasında ölənlərin sayı artdı

03.09.2026 - 22:33Gülnar Əliyeva

Prezidentin qərarı: Sentyabrdan onlara böyük güzəşt ediləcək – SİYAHI 

03.09.2026 - 22:00Gülnar Əliyeva

“Məni “düşmən” elan etmək onların maraqlarına xidmət edir”

03.09.2026 - 21:25Gülnar Əliyeva

Keçmiş nazirin həbs müddəti uzadıldı - 2 milyardlıq mənimsəmə, 27 daşınmaz əmlak

03.09.2026 - 21:00Gülnar Əliyeva

“Məni təhqir etdilər, alçaltdılar” - Millidəki karyerasını başa vurdu

03.09.2026 - 20:43Gülnar Əliyeva

David Seliverstov: "Mən yaxşı bilirəm 90 min dollar nədir. Çingiz Qənizadə də yaxşı bilir bu 90 min dollar nədir"

03.09.2026 - 19:25Gülnar Əliyeva

Bu rayonda 44 yaşayış məntəqəsi işıqsız qalacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 954

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 025

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 968

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 774
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.