Türkiyənin sevilən sənətçisi və enerjili səhnə performansı ilə diqqət çəkən Berat Mert Demir çoxsaylı tamaşaçı istəklərindən sonra yenidən Bakıya gələcək.
Yeniera.az xəbər verir ki, sənətçinin iştirakı ilə musiqi və əyləncənin bir araya gələcəyi xüsusi gecə dekabrın 20-də keçiriləcək.
DJ Berat Mert Demirin çıxışı saat 20:00-da başlayacaq və gecə saat 01:00-dək davam edəcək.
Tədbir Elektra Events Hall-da baş tutacaq.
Konsertə biletləri iTicket.az platforması üzərindən əldə etmək mümkündür.

