Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Messi karyerasını nə vaxt bitirəcək? – Özü AÇIQLADI
  • “Zevs”in qardaşına hökm oxundu
  • Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

Cəmiyyət Emin Farzaliyev24.06.2026 - 16:49
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link
Biləsuvar rayon Notariat Ofisinin sabiq xüsusi notariusu Xanoğlan Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Yeniera.az Qaynarinfo xəbər verir ki, məhkəmə Xanoğlan Məmmədovu Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilib.
Hökmə əsasən, ona hər iki əsas maddə üzrə 1 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ayrı-ayrılıqda 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş cəzalar qismən toplanılıb və Xanoğlan Məmmədova qəti olaraq 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin edilməyib.
Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs notarius vəzifəsində işlədiyi dövrdə vərəsəlik işləri üzrə qanunvericiliyin tələblərini pozaraq bir sıra şəxslərin qanuni vərəsəlik hüquqlarının pozulmasına şərait yaradıb.
İttihama görə, o, Ədliyyə Nazirliyinin “Elektron Notariat” informasiya sistemində digər vərəsələrin mövcudluğunu gördüyü halda, Biləsuvar rayonunun Çinarlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verərək bir şəxsin həmin əmlakların yeganə vərəsəsi kimi tanınmasına şərait yaradıb. Nəticədə digər vərəsələr qanunla onlara çatan paylardan məhrum ediliblər.
Cinayət işinin digər epizodunda isə notariusun vətəndaşın atasından qalan miras əmlakla bağlı qanuni hüquqlarını pozduğu müəyyən olunub. Belə ki, o, digər vərəsənin mövcudluğunu bildiyi halda, qanunvericiliklə nəzərdə tutulan altı aylıq müddəti gözləmədən və yalan məlumatlar əsasında vərəsəlik şəhadətnaməsi rəsmiləşdirib. Bunun nəticəsində dəyəri 60 min manatdan artıq qiymətləndirilən fərdi yaşayış evi və torpaq sahəsi bir şəxsin adına keçirilib, digər vərəsə isə qanuni payından məhrum olub.
Məhkəmədə ifadə verən Xanoğlan Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, bəzi hallarda yerli icra nümayəndəlikləri tərəfindən təqdim edilən arayışlara əsaslanıb və sonradan sənədlərdə uyğunsuzluqların aşkar edildiyini öyrənib. Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, digər vərəsələrin mövcudluğu barədə məlumatların gizlədilməsi ona təqdim olunan sənədlərlə əlaqədar olub.

Bənzər Xəbərlər

24.06.2026 - 16:57Emin Farzaliyev

"Zevs"in qardaşına hökm oxundu

24.06.2026 - 16:53Emin Farzaliyev

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24.06.2026 - 16:45Emin Farzaliyev

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24.06.2026 - 16:32Emin Farzaliyev

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24.06.2026 - 12:50Ariz Əhədov

Dəhşətli hava dalğası yaxınlaşır - Azərbaycanı nə gözləyir?

24.06.2026 - 11:55Ariz Əhədov

Əmlak alarkən diqqətli olun! - Ali Məhkəmə əsas riskləri açıqladı

24.06.2026 - 11:30Ariz Əhədov

Azərbaycanda xaricdə iş və təhsil sahəsində yeni standartlar: First Academy-nin inkişaf modeli diqqət çəkir

24.06.2026 - 11:28Ariz Əhədov

“Jurnalist-bloqer” həbs edildi - 10-dan çox şikayətçi var

24.06.2026 - 11:15Ariz Əhədov

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 782

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 197

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 354

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 063
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.