Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bir ay buludlara baxdı, 8900 dollar qazandı – FOTO
  • Dünyada ilk dəfə: SSRİ 8 min kilometrlik raketi..
  • Bu BÜRCLƏR şansını qaçırmasın
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Bir ay buludlara baxdı, 8900 dollar qazandı – FOTO

Bir ay buludlara baxdı, 8900 dollar qazandı - FOTO

Dünya Gülnar Əliyeva22.08.2026 - 00:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Çində 23 yaşlı gənc qeyri-adi işi sayəsində cəmi bir ay ərzində 8900 dollar qazanıb.

Yeniera.az xəbər verir ki, Henan əyalətində yerləşən məşhur Laocünşan dağında “bulud müşahidəçisi” vakansiyası açılıb.

İşin şərtlərinə əsasən, seçilən şəxs iyulun 16-dan avqustun 15-dək dağın zirvəsində yaşamalı, hər gün buludları və mənzərəni lentə alaraq video materiallar təqdim etməli idi. Bir aylıq əməkhaqqı 60 min yuan – təxminən 8900 dollar müəyyənləşdirilib.

Vakansiya böyük marağa səbəb olub. Cəmi bir həftə ərzində iş üçün 3500 nəfər müraciət edib. Onların arasından 23 yaşlı Li Siçen seçilib.

Gənc hər gün səhər saat 5-də oyanaraq gün doğandan gün batana qədər buludları və dağ mənzərələrini çəkib. Bu müddətdə o, videomontaj, rəng korreksiyası və dron idarəçiliyini də öyrənib. Havanın əlverişsiz olduğu günlərdə isə çəkiliş aparılmayıb.

Li çəkdiyi görüntüləri sosial şəbəkələrdə də paylaşaraq qısa müddətdə 6 min izləyici toplayıb. Buna baxmayaraq, özünü bloqer hesab etmir və gələcəkdə daimi iş tapmaq, sosial şəbəkələri isə hobbi kimi davam etdirmək niyyətindədir.

Dağ administrasiyası gələcəkdə bu iş üçün yenidən seçim keçirilə biləcəyini istisna etmir. Bildirilir ki, Laocünşanda daimi videooperatorlar çalışsa da, yeni insanların fərqli baxışı ərazini başqa rakurslardan təqdim etməyə imkan verir.

Laocünşan Çinin əsas daoizm ziyarətgahlarından biri hesab olunur və onun tarixi iki min ildən artıqdır. Rəvayətə görə, eramızdan əvvəl VI əsrdə filosof Lao-tszı burada düşüncələrə dalıb.

Musavat.com

Bənzər Xəbərlər

22.08.2026 - 00:25Gülnar Əliyeva

Dünyada ilk dəfə: SSRİ 8 min kilometrlik raketi..

22.08.2026 - 00:06Gülnar Əliyeva

Bu BÜRCLƏR şansını qaçırmasın

22.08.2026 - 00:02Gülnar Əliyeva

Ankara ayağa qalxdı - “ Netanyahunun şəxsiyyət vəsiqəsi...”

21.08.2026 - 22:40Gülnar Əliyeva

Keçmiş geridə qalır: 4 bürc həyatında yeni səhifə açacaq

21.08.2026 - 18:10Gülnar Əliyeva

İmran Xan həbsxanaya qaytarıldı

21.08.2026 - 13:50Gülnar Əliyeva

Azərbaycanlı merin qardaşı 7 aylıq həbs edildi

21.08.2026 - 13:00Gülnar Əliyeva

Bu ölkədə ağır təyyarə qəzası-HAMI ÖLDÜ

21.08.2026 - 10:38Gülnar Əliyeva

Portuqaliyada niqab qadağan edildi

21.08.2026 - 09:25Gülnar Əliyeva

Telefonlarımız bizi dinləyir?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 855

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 957

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 915

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 740
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.