Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qardaş ölkəni silkələyən iki böyük istintaq – keçmiş nazirə qədər uzandı, 6 illik sirrdə…
  • “Cəbhədən qaçın, İrəvana gəlin” – Simonyanın ruslara çağırışı Zaxarovanı çılğına döndərdi
  • Bir ayda 3 dəfə təkrarlansa… – Ailələri gözləyən BÖYÜK XƏRC
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Mədəniyyət»“Bizi Dubaya əxlaqsızlığa göndərirdi, dedi ki…” – Bülbüloğlu haqqında ŞOK SÖZLƏR

"Bizi Dubaya əxlaqsızlığa göndərirdi, dedi ki..." - Bülbüloğlu haqqında ŞOK SÖZLƏR

Mədəniyyət Gülnar Əliyeva30.08.2026 - 00:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Eteri Cəfərovanı tanımıram, amma adını çoxdan eşitmişdim. Bütün dövlət tədbirlərindəki rəqslərə quruluş verirdi.

“Polad Bülbüloğlunun evlənməsi ilə bağlı xəbərlərin altından nə qədər şərh yazmışam. Mən qorxmuram, çəkinmirəm. Üzünə də deyə bilərəm. Eteri Cəfərovanı tanımıram, amma adını çoxdan eşitmişdim. Bütün dövlət tədbirlərindəki rəqslərə quruluş verirdi. Qarabağdakı konsertlərdə də həmçinin.. Od olmasa, tüstü çıxmaz. O, atası Bülbülün yolunu davam etdirir. Həm musiqi baxımından, həm də digər mövzularda. Çünki vaxtilə Cabbar Qaryağdıoğlunun qarşısını kəsən də Bülbül olmuşdu. Mahnılarını mənimsəyib, həm də imkan verməyib ki, ona fəxri ad versinlər”

Yeniera.az xəbər verir ki, bunu moderator-a açıqlamasında Əməkdar artist Ədilə Əflaki deyib. O daha sonra əlavə edib: “Mənim qazi oğlum 3 kv hamamın sahəsində yatır. İnanmırsınızsa, gəlib gözlərinizlə görün. 43 yaşında oğlumu evləndirə bilmirəm. Əlilin də evlənmək hüququ var. Mən xalq sənətkarıyam, mən də oğul toyu görüb övladımdan arxayın olmaq istəyirəm. Pul bunlara o qədər güc gəlib ki, 81 yaşında 5-ci dəfə də evlənə bilərlər, yaxud da kənarda qeyri-rəsmi görüşə bilərlər. Onun həyat yoldaşı Gülnarə Şıxəliyevanın müsahibəsini də oxudum. O da mədəni cavab verdi ki, Poladın ətrafında həmişə qadınlar olub. Qeyrətli xanəndə xanımların yanında da çox xanəndə kişilər olub. Bu həm kişilərdən, həm də xanımın özündən asılıdır. Bizə yaxınlıq göstərən xanəndə kişinin qarşısında belə çıxır ki, biz də əyilməliyik?!”

Fotoda Ədilə Əflaki

Əməkdar artist daha sonra Polad Bülbüloğlu ilə bağlı bir hadisəni də bölüşüb: “1990-cı ildə mən, mərhum aktrisa Mənsumə Rzayeva və Amaliya Pənahova cəbhə bölgələrində əsgərlər üçün konsertlərdə çıxış edirdik. O vaxt Polad Bülbüloğlu nazir idi. Nazirlər Kabinetindən Həsən Zeynalov ona zəng vurub bizi tapşırmışdı. Həsən Zeynalov ona demişdi ki, bu 3 xanım səhnənin işıqları sönəndən cəbhə bölgələrində sinələrini gülləyə tuş ediblər. O vaxt kişilər belə cəbhəyə getmirdilər. Həsən Zeynalov demişdi ki, bu xanımlara kömək et. Biz getdik yanına. O vaxt katibəsi elə indiki yoldaşı Gülnarə Şıxəliyeva idi. Biz içəri girəndə gördük ki, Polad Bülbüloğlu ayağa qalxdı və qapıya sarı gəldi. Qapının yanında kitab rəfi var idi. Mən elə bildim ki, oradan kitab, yaxud da hansısa sənəd götürməyə gəlir. Gəldi əlimizi sıxdı, dəvət etdi oturduq. Dedi ki, anasının adı da Ədilədir, ona görə də bizim ayağımıza gəlib. Sonra dedi ki, bizim üçün bir şey edə bilməz, yollar açıqdır, Dubaya, Rusiyaya gedək, özümüz üçün iş quraq, oxuyaq, çalıb-oynayaq.

Birbaşa əxlaqsızlığa göndərirdi bizi. Rəhmətlik Mənsumə mənim üzümə baxdı, mən də onun üzünə. Zəng edib bunları Həsən Zeynalova dedim. Mən əynimə hərbi paltar geyinib, əhd etmişdim ki, əmin-amanlıq olana qədər cəbhə bölgələrində əsgərlərimizə əhval-ruhiyyə verəcəyəm. Elə də etdim. Bu hadisəni bu gün də üzünə deyərəm, qorxmuram”.

Bənzər Xəbərlər

30.08.2026 - 02:15Gülnar Əliyeva

Qardaş ölkəni silkələyən iki böyük istintaq - keçmiş nazirə qədər uzandı, 6 illik sirrdə...

30.08.2026 - 02:00Gülnar Əliyeva

“Cəbhədən qaçın, İrəvana gəlin” - Simonyanın ruslara çağırışı Zaxarovanı çılğına döndərdi

30.08.2026 - 01:33Gülnar Əliyeva

Bir ayda 3 dəfə təkrarlansa... - Ailələri gözləyən BÖYÜK XƏRC

30.08.2026 - 01:15Gülnar Əliyeva

Qəbilə başçısından türkiyəli səyyaha ŞOK TƏKLİF: 5 inək qarşılığında... 

30.08.2026 - 01:00Gülnar Əliyeva

Azərbaycanlıların "taclandırdığı" "qanuni oğru"ya BƏRAƏT VERİLDİ: 4 ay əvvəl həbs olunmuşdu

30.08.2026 - 00:39Gülnar Əliyeva

“İrşad”da 1300 manatlıq QALMAQAL: Açıq qutu, çatışmayan kabel və geri qaytarılmayan pul

30.08.2026 - 00:37Gülnar Əliyeva

Sentyabrda 8 gün iş olmayacaq

29.08.2026 - 21:36Gülnar Əliyeva

Azərbaycanda ağır qəza - ölən var

29.08.2026 - 21:32Gülnar Əliyeva

Bu ərazidə həyət evləri kəskin ucuzlaşır

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 918

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 995

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 951

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 763
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.