Bakıda “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Boeing” şirkətinin birgə layihəsi çərçivəsində “Boeing 787 Dreamliner” uçuş simulyatoru nümayiş olunub.
Yeniera.az xəbər verir ki, “JW Marriott Absheron Baku Hotel”də quraşdırılan simulyatora vətəndaşlar baxış keçirib.
Belə ki, iştirakçılar sərnişin kimi alışdıqları uçuş prosesini bu dəfə pilotun mövqeyindən müşahidə ediblər. Bu interaktiv təcrübə insanlarda pilot peşəsi haqqında təsəvvürləri genişləndirməyə imkan yaradır.



