Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Nömrə 1000 dollara, maşın pulsuz satılır
  • Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?
  • 3 gün yağış yağacaq – XƏBƏRDARLIQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR

Bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR

Cəmiyyət Gülnar Əliyeva04.09.2026 - 12:33
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzillər satışa çıxarılıb.

Yeniera.az xəbər verir ki, ​Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzilin, ümumilikdə 535 mənzilin satışı saat 16:00-a qədər həyata keçiriləcək.

​Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. ​Yalnız bu sistemdə elektron kabinetə sahib olan vətəndaşlar mənzil seçmək hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Yaşayış kompleksləri Dövlət Tikinti Normalarına uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin müsbət rəyləri mövcuddur. Mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.

Bənzər Xəbərlər

04.09.2026 - 23:20Gülnar Əliyeva

Nömrə 1000 dollara, maşın pulsuz satılır

04.09.2026 - 23:17Gülnar Əliyeva

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

04.09.2026 - 18:30Gülnar Əliyeva

3 gün yağış yağacaq - XƏBƏRDARLIQ

04.09.2026 - 18:15Gülnar Əliyeva

Müəllimlərin maaşı belə hesablanacaq

04.09.2026 - 18:00Gülnar Əliyeva

Metronun yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

04.09.2026 - 17:36Gülnar Əliyeva

32 marşrutun hərəkət sxemi dəyişdirildi - Siyahı

04.09.2026 - 17:10Gülnar Əliyeva

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

04.09.2026 - 16:55Gülnar Əliyeva

Bayramov Koşerbayevlə danışdı

04.09.2026 - 16:43Gülnar Əliyeva

Kamilo Duran Şotlandiyada ayın futbolçusu seçildi - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 959

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 027

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 970

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 777
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.