Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7004
  • EUR 1.9061
  • 100 RUB 2.0970
  • GBP 2.2754
  • 100 TRY 3.4208
  • CNY 0.2542
  • GEL 0.6547
  • 100 KZT 0.3775
  • 100 UAH 3.7632
  • AED 0.4630
Cəmiyyət

Bu tarixdə Bakıya qar yağacaq – XƏBƏRDARLIQ

Bu tarixdə Bakıya qar yağacaq – XƏBƏRDARLIQ

Fevral ayının 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava fasilələrlə yağıntılı olacaq, fevralın 4-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.

Yeniera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 4-ü gün ərzində və 5-i gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.

Fevralın 4-dən 7-dək bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Paylaş: