Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı
  • Bu ərazilərdə işıq kəsiləcək
  • Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Ceyhun Bayramovla uqandalı həmkarı arasında görüş keçirilib

Ceyhun Bayramovla uqandalı həmkarı arasında görüş keçirilib

Siyasət Ariz Əhədov27.08.2025 - 16:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba arasında görüş keçirilib.

Bu barədə Yeniera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Uqanda münasibətlərinin siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, humanitar və s. aspektləri, regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Afrika İttifaqı çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional məsələlər müzakirə olunub.

Azərbaycan və Uqanda arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə qarşılıqlı təbriklərini çatdıran tərəflər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcudluğunu məmnunluqla qeyd ediblər.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslərin həyata keçirilməsi, o cümlədən Hərəkatın Gənclər Təşkilatının əsasının qoyulması zamanı sərgilənən birgə əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə intensiv xarakter alan münasibətlərimizin Uqandanın Hərəkata sədrliyi zamanı da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin müqabil tərəfə ölkəmizin alternativ enerji mənbələrinin inkişafı və istifadəsinin genişləndirilməsi üzrə təşəbbüs və planları barədə ətraflı məlumat verib, bərpaolunan enerji sahəsinin əməkdaşlığın inkişaf etdirilməsi üzrə potensial istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın “ASAN Xidmət” modelinin Uqandada uğurlu tətbiqinin ölkələrimiz arasında təcrübə mübadiləsinin faydalılığının göstəricisi olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov, o cümlədən 8 avqust 2025-ci il tarixində baş tutan Vaşinqton görüşünün nəticələri barədə qarşı tərəfi məlumatlandırıb, bu tarixi görüş çərçivəsində “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflandığını, o cümlədən keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Qrupu və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlandığını diqqətə çatdırıb.

Dövlət naziri Con Mulimba Vaşinqton görüşü çərçivəsində Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı tarixi razılaşmaların əldə edilməsi münasibətilə öz təbriklərini çatdırıb, prosesin uğurla nəticələnməsinə dair ümidvarlıq ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası ilə Uqanda Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Uqanda tərəfindən isə xarici işlər üzrə dövlət naziri Con Mulimba rəhbərlik edib.

Bənzər Xəbərlər

17.09.2026 - 00:47Gülnar Əliyeva

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

17.09.2026 - 00:00Gülnar Əliyeva

Əli Nağıyev Qazaxıstana səfər ETDİ

16.09.2026 - 16:30Gülnar Əliyeva

Alen Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq

16.09.2026 - 16:09Gülnar Əliyeva

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

16.09.2026 - 12:14Gülnar Əliyeva

İlham Əliyev Qaradağda açılışda - Fotolar

16.09.2026 - 11:43Gülnar Əliyeva

İlham Əliyevdən konfrans iştirakçılarına - Müraciət

16.09.2026 - 11:41Gülnar Əliyeva

Prezident onları təltif etdi - Adlar

16.09.2026 - 08:00Gülnar Əliyeva

“Azərbaycan və BƏƏ sabitlik və dialoqa töhfə verir” - Hikmət Hacıyev

15.09.2026 - 17:18Gülnar Əliyeva

“Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 050

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 087

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 018

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 811
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.