Daşınmaz əmlak qiymətlərində ciddi artım müşahidə olunur.
YENİERA.az-ın məlumatına görə, əmlak eksperti Elnur Fərzəliyev deyir ki, qiymət artımları daha çox ümumi sahəsi kiçik olan mənzillərdə nəzərə çarpır. Buna daha çox köhnə tikili binaları misal göstərmək olar.
Ekspert bildirib ki, yeni tikili binalarda da qiymət artımının davam edəcəyi gözlənilir. Bunun əsas səbəblərindən biri Bakıda yeni çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələrinin azalmasıdır.

