Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir – ADLAR
  • Pensiyalarla bağlı deputatdan mühüm xəbər:Yeni təklif nədir?
  • DİQQƏT! 14 sentyabr saat 6:00-dan etibarən…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir – ADLAR

Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir - ADLAR

Dünya Gülnar Əliyeva13.09.2026 - 19:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Əksər insanlar xarici ölkəyə səfər etmək üçün pasporta ehtiyac duyur. Lakin dünyada bu qaydanın şamil olunmadığı cəmi üç nəfər var. Söhbət Böyük Britaniya kralı və Yaponiya imperator cütlüyündən gedir.

Böyük Britaniya monarxının xarici ölkələrə pasportsuz səfər etmək hüququ var. Kraliça II Elizabetin ölümündən sonra bu imtiyaz onun oğlu, hazırkı kral III Çarlza keçib.

Kral ailəsinin rəsmi saytında da qeyd olunur ki, monarx xarici səfərlər zamanı Britaniya pasportundan istifadə etmir.

Kral üçün adi pasport əvəzinə xüsusi sənəd nəzərdə tutulub. Həmin sənəddə xarici dövlətlərin nümayəndələrindən onun sahibinin sərbəst hərəkətinə şərait yaradılması, həmçinin ona lazımi müdafiə və yardım göstərilməsi xahiş olunur.

Bu istisna Britaniya kral ailəsinin digər üzvlərinə şamil edilmir. Onlar digər vətəndaşlar kimi səyahət zamanı pasportdan istifadə edirlər.

Yaponiya imperatorunun niyə pasportu yoxdur?

Eyni imtiyaz Yaponiya imperatoru Naruhito və onun həyat yoldaşı, imperatriça Masakoya da aiddir.

Yaponiya imperator cütlüyünün xüsusi statusu ölkənin Xarici İşlər Nazirliyinin 1971-ci ildə qəbul etdiyi sənədlə izah olunur. Həmin sənəddə imperator və ya imperatriçaya pasport verilməsinin “son dərəcə uyğunsuz” olacağı bildirilib.

Yaponiya hakimiyyəti imperator və imperatriçanın digər vətəndaşlarla eyni qaydada xarici ölkəyə giriş prosedurlarından keçməsini də uyğun hesab etmir.

Bu səbəbdən onlar xarici səfərlər zamanı pasport əvəzinə Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən xüsusi sənəddən istifadə edirlər. Səfərdən əvvəl nazirlik imperator cütlüyünün gəlişi barədə gediləcək ölkəyə əvvəlcədən məlumat verməlidir.

Bu imtiyaz yalnız imperator və imperatriçaya aiddir. Yaponiya imperator ailəsinin digər üzvləri isə xarici səfərlərdə diplomatik pasportlardan istifadə edirlər. (lent.az)

Bənzər Xəbərlər

13.09.2026 - 18:46Gülnar Əliyeva

DİQQƏT! 14 sentyabr saat 6:00-dan etibarən...

13.09.2026 - 17:35Gülnar Əliyeva

Milyardlıq sərvəti üzə çıxdı – 90 yaşlı anasının hesabında 750 milyon

13.09.2026 - 17:17Gülnar Əliyeva

Binada yanğın olub, zəhərlənənlər var - FOTO

13.09.2026 - 13:36Gülnar Əliyeva

Ukrayna Rusiyada İES-ləri vurmağa başladı

13.09.2026 - 13:22Gülnar Əliyeva

Moskvadan ÜÇTƏRƏFLİ GÖRÜŞ bəyanatı: Peskov Kuşnerin iddialarına CAVAB VERDİ

13.09.2026 - 13:10Gülnar Əliyeva

Sentyabrın 14-də gözlənilən hava ilə bağlı xəbərdarlıq

13.09.2026 - 13:00Gülnar Əliyeva

Qazla bağlı məhdudiyyət tətbiq edildi – Səbəb nədir? - YENİLƏNİB

13.09.2026 - 12:56Gülnar Əliyeva

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

13.09.2026 - 09:00Gülnar Əliyeva

Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 011

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 063

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 993

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 798
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.