Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Avqustun son günləri bu bürclər üçün fərqli olacaq
  • “By Ella” narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı
  • Anar Nəcəfli işdən çıxarıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»Eminin 10 aylıq səfirlik “macərası” – “Saçını rənglədi, qadın paltarı geyindi”

Eminin 10 aylıq səfirlik “macərası” - “Saçını rənglədi, qadın paltarı geyindi”

VİDEO XƏBƏRLƏR Ariz Əhədov15.02.2026 - 20:08
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Avropada işgüzar səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün özünü jurnalist kimi təqdim edən Emin Hüseynova layiqli cavabını verdi.

Mehriban Əliyevanın Emin Hüseynova: “Qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz?” – sualının mabədi isə gənc nəslə tanış olmaya bilər.

YENİERA Oxu.Az-a istinadən Emin Hüseynovun “səfirlik macərası”nın bəzi məqamlarını yada salır:

Öncə xatırladaq ki, E.Hüseynov 1979-cu ildə Bakıda doğulub. Kooperasiya, İqtisad və Bakı Dövlət universitetlərində təhsil alıb, jurnalist və aktivist kimi fəaliyyət göstərib.

2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən E.Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd edir. Ancaq səfirlik “amerikalı hərbçi xanımla evli olan” Hüseynovun bu istəyini rədd edir.

“Azadlıq radiosu” məsələni belə qələmə verir:

“Avqustun əvvəlində Hüseynov Bakıdakı ABŞ səfirliyində bir tədbirə gedir və səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqanla tək qalır. Səfir Riçard Morninqstar bir neçə həftə öncə Bakıdan getmişdi. Mənbələr deyirlər ki, Emin Hoqana bir kağız ötürür: “Mənə necə kömək edə bilərsiniz? Həbs oluna bilərəm”. Hoqan deyir ki, kömək edə bilməz”.

Qeyd olunur ki, mətbuat Eminin dipmissiyada gizləndiyini yazsa da, səfirlik avqustun 12-də təkzib yayır.

“O, xarici görkəmini tam dəyişdi, saçını rənglədi, qadın paltarı geyindi. Emin, hətta, adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxdı”, – başqa bir mənbə deyir.

Nəhayət, avqustun 18-də azərbaycanlı tanışı Emini İsveçrə səfirliyi yaxınlığında maşından düşürür. Emin səfirlik ətrafında mülki geyimlilərin polis olduğunu anlayır. O, ingiliscə birtəhər danışıb onları aldatmağa çalışır. Pasportunu soruşurlar, deyir ki, pasportu isveçrəlilərdədir. Emini əvvəlcə tanımırlar. Elə sorğu-sual gedərkən qapının zəngini basır. Kimsə qapını açır və onu içəri dartır.

Beləcə, gizlənmək üçün dondan-dona girən Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra İsveçrə Xarici İşlər Nazirliyinin yüksəkrütbəli diplomatı Didye Burkhalterin müşayiəti ilə bu ölkəyə uçur.

Azərbaycan barədə zaman-zaman qarayaxma kampaniyası aparan E.Hüseynov hazırda da İsveçrədə yaşayır.

 

Bənzər Xəbərlər

19.08.2026 - 16:00Gülnar Əliyeva

KMBİ onlayn kazino şəbəkə rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirdi - VİDEO

19.08.2026 - 15:38Gülnar Əliyeva

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı - Fotolar

19.08.2026 - 15:00Gülnar Əliyeva

Səxavət Həziyevə polkovnik rütbəsi verildi – FOTO

19.08.2026 - 12:12Gülnar Əliyeva

“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - Video

19.08.2026 - 10:38Gülnar Əliyeva

Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq?

18.08.2026 - 18:47Gülnar Əliyeva

AAYDA sədri onu özünə müşavir təyin etdi - Foto

18.08.2026 - 17:25Gülnar Əliyeva

Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub

18.08.2026 - 15:33Gülnar Əliyeva

Hərbi Prokurorluğun rəhbərliyi sərhədçiləri ziyarət etdi - Fotolar

18.08.2026 - 12:12Gülnar Əliyeva

General oğlu vəzifəsindən azad edildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 828

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 944

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 901

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 729
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.