Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubuna baş çəkib.
YENİERA.AZ-ın məlumatına görə, Etnoidman Mədəniyyəti Festivalında iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda səfərdə olan Bilal Ərdoğan klubun bazasında olub.
Ziyarət zamanı o, “Əl-Nəsr”in portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo ilə də görüşərək xatirə fotosu çəkdirib.
Görüşlə bağlı “Əl-Nəsr” klubunun rəsmi sosial media hesabında da paylaşım edilib: “Əl-Nəsr” bu səhər Dünya Etnoidman Konfederasiyasının prezidenti cənab Nəcməddin Bilal Ərdoğanı qəbul edib”.




