Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ən böyük ölkələrdən biri parçalanır: Tramp düyməyə basdı
  • Putin açıqladı: Nə 2030, nə də 2050-ci ildə…
  • Bu ərazilərdə işıq olmayacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Ermənistanda saxlanılan hərbçimizin kimliyi məlum oldu – 5 gündür…

Ermənistanda saxlanılan hərbçimizin kimliyi məlum oldu - 5 gündür...

Hadisə Gülnar Əliyeva01.10.2026 - 19:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Baş Prokurorluq Ermənistanda saxlanılan hərbçimizlə bağlı məlumat yayıb.

Yeniera.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun 26 sentyabr 2026-cı il tarixində xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb.

Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.

Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırma zamanı toplanmış materiallar əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.

Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.

Bənzər Xəbərlər

01.10.2026 - 17:55Gülnar Əliyeva

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

01.10.2026 - 15:05Gülnar Əliyeva

Azərbaycanda ZƏLZƏLƏ OLDU

01.10.2026 - 14:45Gülnar Əliyeva

5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - Video

01.10.2026 - 13:38Gülnar Əliyeva

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı - Video

01.10.2026 - 12:46Gülnar Əliyeva

Şadlıq sarayı kütləvi zəhərlənməyə görə məsuliyyəti üzərindən atdı

01.10.2026 - 12:20Gülnar Əliyeva

Azərbaycanda ağır yol qəzası - Ölənlər var

01.10.2026 - 11:15Gülnar Əliyeva

“Spotify” və “TikTok” Azərbaycana vergi ödəyəcək

01.10.2026 - 10:38Gülnar Əliyeva

Azərbaycanda məktəbdə müəllim iş yoldaşını DÖYDÜ

01.10.2026 - 10:25Gülnar Əliyeva

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 228

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 210

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 117

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 865
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.