Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tramp Zelenskinin həmin xahişini rədd edib – KİV
  • Evinə gələn yol qonşusu tərəfindən zəbt edilən qadın danışdı – Gədəbəydən ŞİKAYƏT
  • Şəxsi biznesi olan məşhurlar – SİYAHI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Ganjavi Holding” jurnalistləri peşə bayramı münasibətilə təbrik edib – FOTOLAR

"Ganjavi Holding" jurnalistləri peşə bayramı münasibətilə təbrik edib - FOTOLAR

Cəmiyyət Gülnar Əliyeva31.07.2026 - 18:47
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

22 iyul – Azərbaycan Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Ganjavi Holding” bir qrup jurnalistlə görüş keçirib.

Tədbir çərçivəsində media sahəsində səmərəli fəaliyyəti, peşəkarlığı və ölkənin informasiya məkanının inkişafına verdiyi töhfələrə görə bir qrup jurnalist “Ganjavi Holding” tərəfindən Təşəkkürnamə ilə təltif olunub. Elşən Gəncəvinin müəllifi olduğu “Oxu-magiya” kitabı da jurnalistlərə hədiyyə edilib.

Görüşdə “Ganjavi Holding”in prezidenti, ictimai xadim və iş adamı Elşən Gəncəvi media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək, onların cəmiyyətin operativ, dəqiq və obyektiv informasiya ilə təmin olunmasında mühüm rol oynadıqlarını vurğulayıb.

Çıxışı zamanı Elşən Gəncəvi bildirib ki, jurnalistlərin həqiqətin işıqlandırılması, ictimai rəyin formalaşdırılması və peşə etikası prinsiplərinə sadiq qalaraq fəaliyyət göstərməsi cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. O qeyd edib ki, dəqiq və obyektiv informasiya naminə göstərilən fədakar əmək, məsuliyyətli yanaşma və prinsipial mövqe media nümayəndələrinin yüksək peşəkarlığının bariz göstəricisidir.

Elşən Gəncəvi jurnalistlərə ölkənin informasiya məkanının inkişafına verdikləri dəyərli töhfələrə görə təşəkkürünü bildirərək, onlara peşə fəaliyyətlərində yeni zirvələr, davamlı uğurlar və yeni yaradıcılıq nailiyyətləri arzulayıb.

“Ganjavi Holding” jurnalistlərin cəmiyyətin inkişafında və ictimai məlumatlandırmanın təmin edilməsində oynadığı mühüm rolu yüksək qiymətləndirir, media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın bundan sonra da davam etdirilməsinə önəm verir.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

Elşən Gəncəvi “Ganjavi Holding”in prezidenti, “Najafsoy Group”un direktoru, “Ganjavi Media”nın, “Strateji.az” informasiya və “Siyasi.az” xəbər portallarının baş redaktoru, Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin maliyyə meneceri, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Public” və “Gəncəvi” jurnallarının təsisçisi, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım ictimai birliyində İctimai və sosial şuranın rəhbəri kimi fəaliyyətlər göstərib.

Müxtəlif sahələrdə peşəkar xidmətləri özündə birləşdirən “Ganjavi Holding”, “Najafsoy Group”, “Ganjavi Media” və “ELSHAN GANJAVI” şirkətlər fəaliyyətində maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlanması, yeni biznesin qurulması və idarəolunması, alternativ təhsil və təlimlər üzrə, layihələrin hazırlanması, kuryer və poçt, media üzərindən reklam xidmətləri, eləcə də hüquqi və inzibati xidmətlər, İT və ən səmərəli səyahət və səfərin təşkili xidmətlərini təqdim edir. Şirkətlər eləcə də informasiya sferası üzrə fəaliyyətini genişləndirir. Belə ki, iqtisadi, ictimai və sosial informasiyaların işıqlandırılmasına və analitik mövzulara yer verilir.

Elşən Gəncəvi “Oxu-magiya” kitabının müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Elşən Gəncəvi Gəncə şəhəri, K.D.Uşiniski adına 29 nömrəli tam orta məktəbin məzunu olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya Respublikası Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 sentyabr 2024-ci il tarixində keçirilən 7-ci çağırış Milli Məclisə seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Tükiyənin İstanbul şəhərində “Altın Melek Ödülleri 2021” layihəsində “YILIN EN BAŞARILI İŞ ADAMI”, “Turkey Exclusive Awards 2022” layihəsində “AZERBAYCANIN BAŞARILI İŞ ADAMI” və “Altın Melek Ödülleri 2025” layihəsində “YILIN ULUSLARARASI EN BAŞARILI İŞ ADAMI” beynəlxalq nominasiyalar üzrə mükafatlandırılıb.

Azərbaycanın Gəncə şəhərində “Gəncəvi Milli Mukafatı 2025” layihəsində “İŞ ADAMI” milli nominant üzrə mukafatlandırılıb.

 

 

 

Bənzər Xəbərlər

31.07.2026 - 19:15Gülnar Əliyeva

Tramp Zelenskinin həmin xahişini rədd edib - KİV

31.07.2026 - 19:02Gülnar Əliyeva

Evinə gələn yol qonşusu tərəfindən zəbt edilən qadın danışdı - Gədəbəydən ŞİKAYƏT

31.07.2026 - 19:00Gülnar Əliyeva

Şəxsi biznesi olan məşhurlar - SİYAHI

31.07.2026 - 18:41Gülnar Əliyeva

“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar

31.07.2026 - 18:40Gülnar Əliyeva

Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu - Səbəb nədir?

31.07.2026 - 18:25Gülnar Əliyeva

İcra başçısı özünə yeni köməkçi təyin etdi

31.07.2026 - 18:10Gülnar Əliyeva

Ramiz Mehdiyevin Bankı BAĞLANDI

31.07.2026 - 18:00Gülnar Əliyeva

Şənbə və bazar günləri hava PROQNOZU

31.07.2026 - 16:50Gülnar Əliyeva

Qazini cərəyan vurub öldürdü - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 395

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 643

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 663

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 519
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.