Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tramp Zelenskinin həmin xahişini rədd edib – KİV
  • Evinə gələn yol qonşusu tərəfindən zəbt edilən qadın danışdı – Gədəbəydən ŞİKAYƏT
  • Şəxsi biznesi olan məşhurlar – SİYAHI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu – Səbəb nədir?

Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu - Səbəb nədir?

Cəmiyyət Gülnar Əliyeva31.07.2026 - 18:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Conco” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru, iş adamı Hacı İlham Şıxseyidovun rəhbərlik etdiyi şirkətin bank hesabındakı yarım milyon manata yaxın vəsaitə həbs qoyulub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, “Holcim” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti “Conco” QSC-yə qarşı məhkəmədə iddia qaldırıb.

İddiaya əsasən, cavabdeh tərəfdən alınmış beton məhsullarına görə yaranmış 465 992,03 manat borcun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 756 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub.

Bildirilir ki, qarşı tərəfə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, müqavilənin şərtlərinə əsasən sifarişçi elektron qaimə-fakturanın təqdim olunduğu tarixdən etibarən 30 gün ərzində malın dəyərini təchizatçıya ödəməyib.

Məhkəmənin qərarına əsasən, cavabdeh “Conco” QSC-yə məxsus bank hesablarındakı pul vəsaitlərinin üzərinə əsas borc tələbi həcmində – 465 992,03 manat məbləğində həbs qoyulub. Həbs əməkhaqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə şamil edilmir.

Qərardadın dərhal icra olunması tapşırılıb.

Qeyd edək ki, “Conco” QSC 3 mart 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 000 manatdır.

Şirkət dövlət satınalmalarında fəal iştirak edir. Belə ki, 2023-cü ildə Elm və Təhsil Nazirliyinin Şuşa Real Məktəbinin binasının bərpası işlərinin satın alınması ilə bağlı keçirdiyi təxminən 18 milyon manatlıq tenderin qalibi olub.

Bundan əvvəl, 2022-ci ildə isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şəhərdə səkkiz yaşayış binasının tikintisi ilə bağlı keçirdiyi 15 milyon manatlıq tenderin də qalibi seçilib.

Bənzər Xəbərlər

31.07.2026 - 19:15Gülnar Əliyeva

Tramp Zelenskinin həmin xahişini rədd edib - KİV

31.07.2026 - 19:02Gülnar Əliyeva

Evinə gələn yol qonşusu tərəfindən zəbt edilən qadın danışdı - Gədəbəydən ŞİKAYƏT

31.07.2026 - 19:00Gülnar Əliyeva

Şəxsi biznesi olan məşhurlar - SİYAHI

31.07.2026 - 18:47Gülnar Əliyeva

"Ganjavi Holding" jurnalistləri peşə bayramı münasibətilə təbrik edib - FOTOLAR

31.07.2026 - 18:41Gülnar Əliyeva

“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar

31.07.2026 - 18:25Gülnar Əliyeva

İcra başçısı özünə yeni köməkçi təyin etdi

31.07.2026 - 18:10Gülnar Əliyeva

Ramiz Mehdiyevin Bankı BAĞLANDI

31.07.2026 - 18:00Gülnar Əliyeva

Şənbə və bazar günləri hava PROQNOZU

31.07.2026 - 16:50Gülnar Əliyeva

Qazini cərəyan vurub öldürdü - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 395

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 643

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 663

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 519
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.