Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sloveniya Prezidenti qəzaya düşdü
  • Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq
  • Trampın Ukrayna danışıqları ilə bağlı qərarı – Açıqlandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi

Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi

Gündəm Gülnar Əliyeva02.08.2026 - 11:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Nazirlər Kabineti ictimai nəqliyyatda məsafə əsaslı sərnişindaşıma xidmətinə görə daşıyıcılara subsidiyanın hesablanması və ödənilməsi qaydasını təsdiqləyib. Yeni mexanizm xidmətin dəyəri ilə gedişhaqqından toplanan vəsait arasındakı fərqin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur.

Bəs bu qərar gələcəkdə ictimai nəqliyyatda gedişhaqqının artırılmasına səbəb ola bilərmi?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı, əslində bu qaydaların hələ ötən il təsdiqləndiyini bildirib:

“Sadəcə, bəzi məsələlərin dəqiqləşdirilməsinə ehtiyac yarandığı üçün Nazirlər Kabinetinin müvafiq qərarı gözlənilirdi. Artıq baş nazir həmin qərarı imzalayıb və bu, məsafəyə əsaslanan maliyyələşdirmə mexanizminin tətbiqinə başlanılması deməkdir. Burada vacib məqam ondan ibarətdir ki, hələlik məsafəyə görə gedişhaqqını vətəndaş ödəməyəcək. Məsafəyə görə ödəniş sərnişinlərdən deyil, dövlət tərəfindən daşıyıcı şirkətlərə ediləcək. Yəni daşıyıcılar daşıdıqları sərnişinlərin sayı və qət etdikləri məsafəyə uyğun olaraq dövlətdən maliyyə dəstəyi alacaqlar. Dövlət bununla faktiki olaraq daşıyıcılara dəstək mexanizmi yaradır və deyir ki, vətəndaş yolda qalmasın. Sən nə qədər çox və keyfiyyətli xidmət göstərsən, nə qədər çox hərəkət edib marşrutu yerinə yetirsən, buna uyğun da ödəniş alacaqsan”.

Ekspertin sözlərinə görə, bütün hesablamalar elektron sistem üzərindən aparılacaq və təsdiqdən sonra vəsait daşıyıcı şirkətlərin hesabına köçürüləcək:

“Bu mexanizm iki mühüm problemi həll etməyə imkan verə bilər. Birinci problem şəffaflıqla bağlıdır. İndiyə qədər bəzi daşıyıcı şirkətlər qeyri-rəsmi fəaliyyət göstərir, vergidən yayınır və kölgə iqtisadiyyatında işləyirdilər. Lakin dövlət dəstəyindən yararlanmaq istəyən hər bir daşıyıcı artıq tam şəffaf fəaliyyət göstərməyə məcbur olacaq. Çünki dövlət heç kimə sənədsiz və əsassız ödəniş etməyəcək. Daşıyıcı istifadə etdiyi nəqliyyat vasitəsinin gün ərzində neçə kilometr hərəkət etdiyini, marşrut üzrə fəaliyyəti və digər göstəriciləri elektron sistem vasitəsilə təsdiqləməlidir. Yalnız bundan sonra ödəniş həyata keçiriləcək. Yəni kimsə sadəcə “bu gün yüz kilometr hərəkət etmişəm” deməklə vəsait ala bilməyəcək”.

E.Muradlı bildirib ki, dövlət bütün məlumatları nəzarət sistemi vasitəsilə yoxlayacaq və yalnız təsdiqlənmiş göstəricilər əsasında ödəniş edəcək:

“Digər mühüm məsələ isə xidmətin davamlılığıdır. Uzun illərdir müşahidə olunur ki, bəzi daşıyıcı şirkətlər axşam saatlarında sərnişin az olduğu üçün avtobusların sayını azaldır, bəzən isə marşrutun fəaliyyətini vaxtından əvvəl dayandırırlar. İndi isə dövlət bildirir ki, buna yol verilməyəcək. Daşıyıcı müəyyən edilmiş qrafik üzrə fasiləsiz fəaliyyət göstərməlidir. Əgər marşrutun son iş saatı 23:00-dırsa, o zaman avtobus həmin vaxta qədər işləməlidir. İstər avtobusda bir sərnişin olsun, istər beş nəfər, hətta müəyyən reysdə sərnişin olmasa belə, marşrut yerinə yetirilməlidir. Çünki dövlət həmin xidmətin maliyyə təminatını öz üzərinə götürür. Bununla yanaşı, daşıyıcı şirkətlərin də haqlı narahatlıqları var. Əsas məsələ odur ki, dövlət tərəfindən hər kilometr üzrə müəyyən ediləcək tarif obyektiv hesablanmalıdır. Burada yanacaq xərcləri, sürücülərin əməkhaqqı, texniki xidmət və təmir xərcləri, ehtiyat hissələrinin alınması, kredit öhdəlikləri və digər bütün istehsal xərcləri nəzərə alınmalıdır. Əgər daşıyıcı hesablayırsa ki, bir kilometrin maya dəyəri, məsələn, 10 manatdır, dövlət isə buna görə 8 manat ödəyəcəksə, bu, avtomatik olaraq şirkəti zərərə salacaq. Nəticədə nəqliyyat parkının yenilənməsi, xidmət keyfiyyətinin artırılması və ümumi inkişaf mümkün olmayacaq. Bu, həm dövlət müəssisələrinə, həm də özəl daşıyıcılara aiddir. Məhz buna görə də qərarlar kabinet şəraitində birtərəfli qaydada deyil, daşıyıcı şirkətlərin iştirakı ilə müzakirə olunmalıdır”.

Elməddin Muradlı deyib ki, təkliflər dinlənməli, iqtisadi hesablamalar nəzərə alınmalı və bütün tərəfləri qane edən obyektiv mexanizm hazırlanmalıdır:

“Belə olan halda nə daşıyıcılar narazı qalacaq, nə dövlət əlavə maliyyə yükü ilə üzləşəcək, nə də vətəndaş xidmət keyfiyyətindən məhrum olacaq. Təbii ki, bu sistemdə ciddi nəzarət mexanizmi də vacibdir. İstənilən sui-istifadə hallarının, saxta məlumatların və digər neqativ halların qarşısı qəti şəkildə alınmalıdır. Ümumilikdə isə hesab edirəm ki, bu model düzgün tətbiq olunarsa, həm dövlətin maraqlarına xidmət edəcək, çünki ictimai nəqliyyatın inkişafını sürətləndirəcək, həm daşıyıcı şirkətlərin fəaliyyətini daha dayanıqlı edəcək, həm də vətəndaşların daha keyfiyyətli və fasiləsiz nəqliyyat xidmətindən istifadə etməsinə imkan yaradacaq. Bu isə ictimai nəqliyyat sahəsində aparılan islahatların ən vacib mərhələlərindən biri ola bilər”.

Bənzər Xəbərlər

02.08.2026 - 12:00Gülnar Əliyeva

Sloveniya Prezidenti qəzaya düşdü

02.08.2026 - 11:53Gülnar Əliyeva

Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

02.08.2026 - 11:40Gülnar Əliyeva

Trampın Ukrayna danışıqları ilə bağlı qərarı - Açıqlandı

02.08.2026 - 09:30Gülnar Əliyeva

İkram Kərimov vəfat etdi - FOTO

02.08.2026 - 01:02Gülnar Əliyeva

Avqustun bəxtəvər bürcləri onlar olacaq

01.08.2026 - 23:16Gülnar Əliyeva

Azərbaycanda kartdan-karta köçürmələrlə bağlı VACİB XƏBƏR

01.08.2026 - 23:15Gülnar Əliyeva

Maliyyə Nazirliyi Qarabağda Bərpa və Tikinti xidmətində yoxlamaya BAŞLADI

01.08.2026 - 23:13Gülnar Əliyeva

"Şamaxı"nın yeniyetmə fubolçusu faciəvi şəkildə həlak oldu - FOTO

01.08.2026 - 23:12Gülnar Əliyeva

Moskvanın mərkəzində partlayış: ölən və yaralananlar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 464

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 681

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 716

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 550
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.