Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı
  • Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama
  • Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Gənclərə veriləcək Prezident Mükafatının MƏBLƏĞİ

Gənclərə veriləcək Prezident Mükafatının MƏBLƏĞİ

Siyasət Ariz Əhədov31.01.2026 - 10:36
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident İlham Əliyev dünın 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Yeniera.az modern.az-a istinadən bildirir ki, Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.

Bəs gənclərə verilən Prezident Mükafatı nə vaxt təsis olunub və nədən ibarətdir?

Modern.az-ın məlumatına görə, Gənclər üçün Prezident Mükafatı 2013-cü il iyulun 2-də təsis olunub.

Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclər üçün ildə bir dəfə verilən Prezident Mükafatının sayı 10 ədəddir.

Elm və təhsil sahələri üzrə – 2 mükafat
Mədəniyyət sahəsi üzrə – 2 mükafat
İctimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat
Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat
İnnovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat

Hər bir Prezident Mükafatı 10000 (on min) manat məbləğindədir.

Gənclər üçün Prezident Mükafatının diplomu, nişanı və həmin nişanın vəsiqəsi də var.

Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa da verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.

Mükafat ildə bir dəfə, 2 fevral Gənclər günü ərəfəsində verilir.

Gənclər üçün Prezident Mükafatı laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda təqdim olunan pul mükafatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir.

Nəzərdə tutulan sahələr üzrə Mükafata namizədləri aşağıdakı qurumlar irəli sürürlər:

elm və təhsil sahələri üzrə – Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyi;

mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə – Mədəniyyət Nazirliyi;

ictimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər Fondu;

gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və qeyri-hökumət təşkilatları;

innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər Fondu.

Bənzər Xəbərlər

17.08.2026 - 20:05Gülnar Əliyeva

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

17.08.2026 - 15:13Gülnar Əliyeva

İlham Əliyev Fərman İMZALADI

17.08.2026 - 14:13Gülnar Əliyeva

Ən gənc general-leytenant oldu

17.08.2026 - 13:50Gülnar Əliyeva

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

17.08.2026 - 13:38Gülnar Əliyeva

Kamran Əliyev evi uçurulan polkovniki qəbul edib - ELXAN ALLAHVERDİYEV HƏBS EDİLƏ BİLƏR

17.08.2026 - 12:14Gülnar Əliyeva

DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı

17.08.2026 - 12:13Gülnar Əliyeva

DSX-nin hərbi qulluqçuları təltif edildi - Siyahı

17.08.2026 - 12:12Gülnar Əliyeva

Prezident SƏRƏNCAM İMZALADI

17.08.2026 - 12:03Gülnar Əliyeva

Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olundu - Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 798

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 922

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 887

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 719
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.