Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Nevroloq Jalə Qarayeva – Türkiyədə ixtisaslaşıb, epilepsiya üzrə də fəaliyyət göstərib
  • AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO
  • Xətai sakinləri ETİRAZ ETDİ: PROBLEM HƏLLİNİ TAPMIR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı – Açıqlama

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı - Açıqlama

VİDEO XƏBƏRLƏR Ariz Əhədov29.06.2026 - 12:08
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədlinin məsciddə Mütləq Döyüş Çempionatını (UFC) izləməsini əks etdirən görüntülər yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, həmin video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Görüntülərdən aydın olur ki, Hacı Surxay məsciddə gecənin əsas döyüşü olan Rafael Fiziyev – Manuel Torres qarşılaşmasını izləyib və Fiziyevin qələbəsinə sevinib. Lakin bu, izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri ibadət ocağında belə izləmənin düzgün olmadığını qeyd edib.

Məsələ ilə əlaqədar saytımıza açıqlama verən Hacı Surxay bildirib ki, burada qeyri-etik və ya dinə zidd məqam yoxdur: “İslam dini sadəcə ibadət rituallarından ibarət deyil; o, həyatın özüdür, gözəl əxlaqdır və cəmiyyətlə bütövləşməkdir. Məscidlər isə təkcə namaz qılınan məkan deyil, həm də möminlərin bir araya gəldiyi, bir-birinin sevincini və kədərini paylaşdığı mənəvi evimizdir.

Mənim orada döyüşünü izlədiyim gənc sıradan bir idmançı deyil. O, bizim məscidə gələn, namaz qılan, əxlaqı ilə hər kəsə nümunə olan, qəlbi vətən sevgisi ilə döyünən bir mömin qardaşımızdır. O, beynəlxalq arenada Azərbaycanı təmsil edir, üçrəngli bayrağımızı ucaldır, dövlətimizin adını idman dünyasında tanıdır. Bir din xadimi, bir imam olaraq, öz gəncimizin vətənpərvərlik və idman uğuruna sevinmək, ona mənəvi dəstək olmaq mənim həm insani, həm də dini vəzifəmdir.

Peyğəmbərimizin dövründə də məscidlərdə cəmiyyətin müxtəlif sosial məsələləri müzakirə olunar, gənclərin fiziki hazırlığına və güclü olmasına önəm verilərdi. Güclü və sağlam mömin zəif mömindən daha xeyirlidir. Biz gənclərimizin qələbə sevincini məsciddə paylaşmaqla onlara tək olmadıqlarını, dinimizin onların halal uğurlarını dəstəklədiyini göstəririk. Burada tənqid olunası heç bir qeyri-etik və ya dinə zidd məqam yoxdur. Əksinə, gəncliyə sahib çıxmaq var”.

Hacı Surxay əlavə edib ki, belə gənclərin arxasında olmalı, onlara dəstək verilməlidir: “Biz dövlətinə, bayrağına, xalqına xidmət edən hər bir gəncin arxasındayıq. Mətbuatdan və ictimaiyyətdən də xahiş edirəm ki, məsələlərə zahiri pərdə arxasından deyil, mahiyyəti ilə baxsınlar. Biz o döyüşü izləyərkən sadəcə bir idman yarışı görmürdük; biz orada Azərbaycan gəncinin əzmini, bayrağımızın dalğalanma ehtimalının həyəcanını yaşayırdıq.

Uca Allah gənclərimizi, idmançılarımızı və dövlətimizi qorusun. Biz bundan sonra da vətəninə xidmət edən hər bir övladımıza xeyir-dua verməyə və onların yanında olmağa davam edəcəyik”.

Qeyd edək ki, Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib. Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib.

Bənzər Xəbərlər

11.09.2026 - 20:34Gülnar Əliyeva

Nevroloq Jalə Qarayeva - Türkiyədə ixtisaslaşıb, epilepsiya üzrə də fəaliyyət göstərib

11.09.2026 - 17:29Gülnar Əliyeva

AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO

11.09.2026 - 15:22Gülnar Əliyeva

Baş nazir yeni QƏRAR İMZALADI

11.09.2026 - 15:10Gülnar Əliyeva

Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - VİDEO

11.09.2026 - 15:00Gülnar Əliyeva

“Kontakt Home” müştərini necə aldatdı? – TƏFƏRRÜAT

11.09.2026 - 14:42Gülnar Əliyeva

İftixar Piriyev Vəfa Novruzovadan üzr istədi

11.09.2026 - 12:54Gülnar Əliyeva

Sürücülər bu yola girsə 100 manat cərimə ediləcək

11.09.2026 - 01:59Gülnar Əliyeva

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

11.09.2026 - 01:58Gülnar Əliyeva

İlham Mirzəyev DANIŞDI: "Gücüm yoxdur..."

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 004

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 061

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 987

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 795
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.