Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053
  • 100 RUB 1.9948
  • GBP 2.2514
  • TRY 0.0345
  • CNY 0.2540
  • GEL 0.6557
  • 100 KZT 0.3751
  • UAH 0.0379
  • AED 0.4628
Cəmiyyət

Hava bu tarixdə kəskin dəyişəcək

Hava bu tarixdə kəskin dəyişəcək

Azərbaycanda yanvarın 13-ü axşamdan 14-ü axşamadək qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Yeniera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Paylaş: