Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Kanada və ABŞ arasında yeni nəqliyyat dəhlizi istifadəyə verilib
  • ABŞ-də HİV-lə mübarizədə xidmətlərə çıxışın artırılması çağırışı edilib
  • Ağır qəza BAŞ VERİB: ÖLƏN VAR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Hikmət Hacıyev Milli Mətbuat Günü ilə bağlı paylaşım etdi

Hikmət Hacıyev Milli Mətbuat Günü ilə bağlı paylaşım etdi

Siyasət Gülnar Əliyeva22.07.2026 - 13:03
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan mediası qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul Milli Mətbuat Günü ilə bağlı “X” hesabındakı paylaşımında qeyd edib.

H. Hacıyevin sözlərinə görə, bu gün cəmiyyət Azərbaycan milli mətbuatı növbəti ildönümünü qeyd edir:

“1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz nümunəsidir. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin təmin edilməsi ilə yanaşı, güclü, peşəkar medianın formalaşması və inkişafı üçün etibarlı zəmin yaratdı. Sonrakı dövrdə Ulu Öndər tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi, bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən islahatlar mediamızın müasir çağırışlara uyğun inkişafınıtəmin etdi, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirdi”.

Prezidentin köməkçisi əlavə edib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyaraq Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəyə qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynayıb:

“Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini qiymətləndirərək bildirib: “Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm… Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir”.

O qeyd edib ki, dünyada və regionda mürəkkəb proseslərin cərəyan etdiyi, müharibələr və qarşıdurmaların səngimədiyi bir dövrdə Azərbaycan təhlükəsizliyi, inkişaf dinamikası ilə seçilir, müstəqil və prinsipial siyasətini, güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir:

“Sevindirici haldır ki, mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır, qlobal informasiya məkanında müasir trendləri nəzərə alır, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və digər bu kimi inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin həllində fəallığı ilə seçilir. Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək. Azərbaycan mediasını, əziz jurnalistlərimizi peşə günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram”.

Bənzər Xəbərlər

29.07.2026 - 13:20Gülnar Əliyeva

Kanada və ABŞ arasında yeni nəqliyyat dəhlizi istifadəyə verilib

29.07.2026 - 13:03Gülnar Əliyeva

ABŞ-də HİV-lə mübarizədə xidmətlərə çıxışın artırılması çağırışı edilib

29.07.2026 - 12:50Gülnar Əliyeva

Ağır qəza BAŞ VERİB: ÖLƏN VAR

29.07.2026 - 12:23Gülnar Əliyeva

Ət yenidən bahalaşdı: Neçəyə satılır? - VİDEO

29.07.2026 - 12:10Gülnar Əliyeva

Rusiya Durovu axtarışa verdi

29.07.2026 - 11:59Gülnar Əliyeva

“Azərbaycanda yeni qiymətləndirmə standartları və metodologiyasının əsas mərkəzi AQC-dir”

29.07.2026 - 11:43Gülnar Əliyeva

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

29.07.2026 - 11:30Gülnar Əliyeva

ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu

29.07.2026 - 11:16Gülnar Əliyeva

Keçid ballarında dəyişiklik olacaq? - AÇIQLAMA

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 286

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 568

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 592

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 464
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.