Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Nazirlər Kabineti qərar verdi
  • Etibarnamə ilə avtomobil sürən şəxslərə mühüm xəbər – Vəkildən AÇIQLAMA
  • Məşhur qapıçı Koxalskini tənqid etdi – “Qarabağ”dan ayrıldığına görə
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı

Siyasət Gülnar Əliyeva25.09.2026 - 10:16
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) iştirakçılarına müraciət ünvanlayıb.

Yeniera.az xəbər verir ki, mətndə deyilir:

“Sizi 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram.

Bu Forumun dünyanın müxtəlif ölkələrindən hökumətləri, beynəlxalq təşkilatları, maliyyə institutlarını, aparıcı şirkətləri, investorları və biznes dairələrini bir daha Bakıda bir araya gətirməsi dərin məmnunluq doğurur.

Builki Forumun mövzusu – “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi” – bu gün xüsusilə aktualdır. Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir, təchizat zəncirləri yenidən formalaşır, yeni nəqliyyat, enerji və texnoloji əlaqələr yaranır. Belə bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional əməkdaşlıq, əlaqəlilik, ticarət və investisiyalar üçün yeni imkanlar yaradır, eyni zamanda daha dərin iqtisadi inteqrasiyaya və diversifikasiyaya dəstək verir.

Azərbaycan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirmişdir. İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil etmiş, qeyri-neft sənayesi 1,5 dəfə artmış, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlmişdir. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatmışdır.

Bu dinamika sabit və proqnozlaşdırıla bilən biznes mühitinə əsaslanır. Ölkəmizdə təmin edilmiş makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli sahibkarlıq mühiti investorların uzunmüddətli etimadı üçün möhkəm zəmin yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır.

Ölkəmizin qlobal strateji tərəfdaşlıqları və qeyri-neft sektoruna artan xarici investisiyalar emal sənayesi, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiyaya yol açır.

Bu müsbət meyillər beynəlxalq reytinq agentlikləri tərəfindən də etiraf olunmuşdur. “Fitch” və “Moody’s” agentlikləri Azərbaycanın suveren kredit reytinqlərini investisiya səviyyəsinə yüksəltmiş, növbəti dövr üzrə proqnozu müvafiq olaraq “sabit” və “müsbət” kimi qiymətləndirmişdir. Maliyyə dayanıqlığımız 2025-ci ilin sonunda ÜDM-in 110 faizini ötmüş strateji valyuta ehtiyatlarımızla da bir daha təsdiqlənir.

Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilmişdir. Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP əlaqəlilik marşrutu kimi də tanınır – isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaqdır.

Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır. Baxışımız enerji təchizatından kənara çıxaraq yaşıl enerji dəhlizlərinin inkişafını da əhatə edir ki, bu da bərpa olunan enerjinin regional bazarlara inteqrasiyasına və Azərbaycan, geniş Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında əlaqəliliyin möhkəmlənməsinə imkan verir.

Ənənəvi enerji sektoru ilə yanaşı, Azərbaycan emal sənayesi, nəqliyyat və logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və qida emalı, turizm, infrastruktur və digər yüksək əlavə dəyərli sahələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaranan bərpa və inkişaf imkanları da daxil olmaqla, mühüm imkanlar təklif edir. Qabaqcıl texnologiyalar gətirən, məhsuldarlığı artıran, ixtisaslı iş yerləri yaradan və regional və qlobal dəyər zəncirlərinə inteqrasiyamızı gücləndirən layihələrə xüsusi önəm verilir.

Müasir infrastruktur, sənaye parkları, Ələt Azad İqtisadi Zonası və dövlət-özəl tərəfdaşlığı mexanizmləri belə əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Biz bu alətləri təkmilləşdirməyə və investorlara uzunmüddətli layihələri əminliklə həyata keçirməyə imkan verən şərait yaratmağa davam edəcəyik.

İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır. Biz texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı yüksək qiymətləndirir, investorlar üçün dayanıqlı dəyər yaradan, eyni zamanda Azərbaycan iqtisadiyyatının modernləşməsini və rəqabətqabiliyyətliliyini gücləndirən tərəfdaşlıqlara üstünlük veririk. 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu tərəfdaşlıqların inkişafı üçün mühüm platformadır.

1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri Azərbaycana artan marağı aydın şəkildə nümayiş etdirdi. Ötən il ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanmış, bunun 7 milyarddan çoxu qeyri-neft sektorunun payına düşmüşdür.

Bu il iştirakçıların coğrafiyası daha da genişlənmiş, beynəlxalq institutlar, investorlar və aparıcı şirkətlər daha geniş şəkildə təmsil olunmuşdur ki, bu da həm Azərbaycana olan etimadı, həm də geniş regionun artan iqtisadi əhəmiyyətini əks etdirir. Ümid edirəm ki, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə mühüm investisiya layihələrinə start veriləcəkdir.

Əminəm ki, Bakıdakı müzakirələr konkret təşəbbüslərə və uzunmüddətli əməkdaşlığa təkan verəcək, regionda iqtisadi əlaqələrin möhkəmlənməsinə, əlaqəliliyin artmasına və ümumi rifaha töhfə verəcəkdir.

2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna uğurlar, bütün iştirakçılara səmərəli müzakirələr və qarşılıqlı faydalı tərəfdaşlıqlar arzulayıram”.

Bənzər Xəbərlər

25.09.2026 - 21:37Gülnar Əliyeva

Nazirlər Kabineti qərar verdi

25.09.2026 - 16:50Gülnar Əliyeva

General-leytenant rütbəsi verilən şəxs bu deputatın qardaşıdır

25.09.2026 - 16:25Gülnar Əliyeva

Prezidentin ali hərbi rütbə verdiyi general-mayor kimdir? - DOSYE

25.09.2026 - 16:12Gülnar Əliyeva

Bu hərbi qulluqçular təltif edildi - SƏRƏNCAM

25.09.2026 - 15:55Gülnar Əliyeva

Prezident SƏRƏNCAM İMZALADI

25.09.2026 - 12:22Gülnar Əliyeva

Prezident "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

25.09.2026 - 12:15Gülnar Əliyeva

İlham Əliyev daha bir qəbul keçirdi

25.09.2026 - 12:00Gülnar Əliyeva

Prezident Corc Volkeri qəbul edib

25.09.2026 - 11:21Gülnar Əliyeva

İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 104

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 128

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 043

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 834
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.