Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qardaş ölkəni silkələyən iki böyük istintaq – keçmiş nazirə qədər uzandı, 6 illik sirrdə…
  • “Cəbhədən qaçın, İrəvana gəlin” – Simonyanın ruslara çağırışı Zaxarovanı çılğına döndərdi
  • Bir ayda 3 dəfə təkrarlansa… – Ailələri gözləyən BÖYÜK XƏRC
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“İrşad”da 1300 manatlıq QALMAQAL: Açıq qutu, çatışmayan kabel və geri qaytarılmayan pul

“İrşad”da 1300 manatlıq QALMAQAL: Açıq qutu, çatışmayan kabel və geri qaytarılmayan pul

Cəmiyyət Gülnar Əliyeva30.08.2026 - 00:39
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sosial şəbəkədə “İrşad” mağazalar şəbəkəsində onlayn sifarişlə bağlı narazılıq doğuran hadisə barədə paylaşım edilib.

Yeniera.az xəbər verir ki, paylaşım müəllifi bildirir ki, 26 avqust 2026-cı il tarixində “İrşad”ın rəsmi onlayn mağazasından LG markalı paltaryuyan maşın və 1300 manat dəyərində Xiaomi TV A 65” televizor sifariş edib. Malların çatdırılması zamanı isə televizorun qutusunun əvvəlcədən açıldığını müşahidə edib.

Müştərinin sözlərinə görə, kuryerlər qutunun anbardan çıxarılarkən yoxlama məqsədilə açıldığını bildiriblər. Lakin televizorun komplektasiyası ilə bağlı yaranan vəziyyət müştərinin şübhələnməsinə səbəb olub.

Belə ki, paylaşımda televizorun qutusundan Avropa standartlı kabelin çıxmadığı, kuryerlərin isə məhsulun komplektində belə kabelin olmadığını bildirdiyi qeyd olunur. Müştəri isə eyni model televizoru yaxın günlərdə aldığı üçün həmin modelin komplektasiyasının fərqli olduğunu iddia edir.

Məsələ ilə bağlı tərəflər arasında razılıq əldə olunmadığından müştəri televizoru qəbul etməkdən imtina edib.

Bundan sonra “İrşad”ın qaynar xətti ilə əlaqə saxladığını bildirən vətəndaşın sözlərinə görə, ona problemin həlli üçün əvvəlcə məhsulun anbara qaytarılmasının gözləniləcəyi deyilib.

Paylaşımda qeyd olunur ki, şirkət müştəri ilə 3 iş günü ərzində əlaqə saxlayacağını bildirib. Televizorun başqa məhsulla əvəz olunması halında da əlavə olaraq 3 iş günü gözləməyin tələb olunduğu, ödənişin geri qaytarılması üçün isə 14 iş günü müddətinin bildirildiyi iddia edilir.

Nəticədə müştəri 1300 manat ödəniş etdiyi halda nə televizordan istifadə edə bildiyini, nə də pulunu geri aldığını bildirir.

Vətəndaş məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, eləcə də digər aidiyyəti qurumlara diqqət yetirməyə çağırış edib.

Xüsusilə məhsulun qutusunun açıq olması, komplektasiyada çatışmazlıq iddiası və ödənişin geri qaytarılması ilə bağlı prosedur müştəridə ciddi narazılıq yaradıb.

Qeyd edək ki, sözügedən məlumat sosial şəbəkədə yayılan vətəndaş paylaşımına əsaslanır. İddiaların həqiqətə uyğun olub-olmaması aidiyyəti qurumların araşdırması və tərəflərin təqdim edəcəyi sənədlər əsasında müəyyən edilə bilər.

Məsələ ilə bağlı “İrşad”ın mövqeyini dərc etməyə hazırıq.

/”Real Azərbaycan”/

Bənzər Xəbərlər

30.08.2026 - 02:15Gülnar Əliyeva

Qardaş ölkəni silkələyən iki böyük istintaq - keçmiş nazirə qədər uzandı, 6 illik sirrdə...

30.08.2026 - 02:00Gülnar Əliyeva

“Cəbhədən qaçın, İrəvana gəlin” - Simonyanın ruslara çağırışı Zaxarovanı çılğına döndərdi

30.08.2026 - 01:33Gülnar Əliyeva

Bir ayda 3 dəfə təkrarlansa... - Ailələri gözləyən BÖYÜK XƏRC

30.08.2026 - 01:15Gülnar Əliyeva

Qəbilə başçısından türkiyəli səyyaha ŞOK TƏKLİF: 5 inək qarşılığında... 

30.08.2026 - 01:00Gülnar Əliyeva

Azərbaycanlıların "taclandırdığı" "qanuni oğru"ya BƏRAƏT VERİLDİ: 4 ay əvvəl həbs olunmuşdu

30.08.2026 - 00:42Gülnar Əliyeva

"Bizi Dubaya əxlaqsızlığa göndərirdi, dedi ki..." - Bülbüloğlu haqqında ŞOK SÖZLƏR

30.08.2026 - 00:37Gülnar Əliyeva

Sentyabrda 8 gün iş olmayacaq

29.08.2026 - 21:36Gülnar Əliyeva

Azərbaycanda ağır qəza - ölən var

29.08.2026 - 21:32Gülnar Əliyeva

Bu ərazidə həyət evləri kəskin ucuzlaşır

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 918

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 995

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 951

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 763
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.